Qanunsuz ov edən brakonyerlər cərimələnib

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ov mövsümünün başlanması ilə əlaqədar respublikanın sututarlarında brakonyerliyə, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktiki tədbirləri uğurla davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ov mövsümünün başlanması ilə əlaqədar respublikanın sututarlarında brakonyerliyə, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktiki tədbirləri uğurla davam etdirirlər. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonu ərazisində keçirilən reydlər nəticəsində 3 ədəd öv tüfəngi, 38 ədəd patron və 2 ədəd "Qırmızı kitab"a düşmüş "Turac" quşu götürülüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31