Sosial

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Açıq qapı günü” keçiriləcək

17 Dekabr 2018 14:39

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” təşkil olunacaq. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

“Şagirdlər tanıdır” layihəsi keçirilir

17 Dekabr 2018 14:32

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Şagirdlər tanıdır” layihəsi çərçivəsində tur-aksiya keçirilir. “OLAYLAR”-a daxil olan məlumata görə, layihənin təşkil olunmasının əsas məqsədi Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən, şagirdlərin təhsil aldığı məktəblərin yerləşdiyi ərazinin tarixi və mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri barədə digər rayonlardan gələn şagirdlərə ətraflı məlumat verməkdən ibarətdir.

BNA qanvermə aksiyası keçirib

17 Dekabr 2018 14:08

Bakı Nəqliyyat Agentliyində qanvermə aksiyası keçirilib. “OLAYLAR”-a Agentlikdən bildirilib ki, qanvermə aksiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi «Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı» Dövlət Proqramına uyğun, həmçinin, Heydər Əliyev Fondunun «Talassemiyasız həyat naminə» proqramı çərçivəsində Bakı Nəqliyyat Agentliyi və Mərkəzi Qan Bankınının birgə təşəbbüsü ilə keçirilib.

Psixoloqun missiyası insanların psixologiyasını alt-üst etmək deyil

17 Dekabr 2018 14:04

“Psixoloqun missiyası insanların psixologiyasını alt-üst etmək yox, onları sakitləşdirmək və çıxış yolu göstərməkdir”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə psixoloq, psixoterapevt Xanım Niftəliyeva çıxış edib. O, bildirib ki, Mübariz İbrahimov xalqın qəhrəmanıdır:

Xilaskarın xilası - Elçin Hüseynbəyli

17 Dekabr 2018 14:01

Elçin Hüseynbəyli (“Paralel dünyalar” silsiləsindən)

Bəzi müəllimlər başqa “yaradıcılıq”la məşğuldurlar

17 Dekabr 2018 13:43

Və ya müəllim Şeyx Nəsrullahlar Son günlər sosial şəbəkədə geniş müzakirə olunan mövzulardan biri də müəllim-şagird münasibətləridir. Gənc müəllimin yeddinci sinif şagirdini onunla ailə qurmaq məqsədi ilə məktəbdən uzaqlaşdırması geniş müzakirələrə səbəb oldu. Bu gün ölkə məktəbində kişi müəllimlərin olmamasını problem kimi qabardan cəmiyyət, artıq bu kimi hadisələri eşidəndə bir qədər tərəddüd edir. Bir sözlə məktəblərimizdə Şeyx Nəsrullahlar peyda olub. Oxşar problem qonşu Türkiyənin də gündəmindədir. Bizdən fərqli olaraq orada bu cür problemin aradan qalxması üçün aidiyyatı qurumlar daim fəaliyyətdədir. Yaxın keçmişdə “Cocuk gəlin”, “Baba, beni okula gönder” kimi müxtəlif adla həyata keçirilən kompaniyalar az da olsa nəticə vermişdi. Hətta ailəsi tərəfindən zorla ərə verilən məktəblilərin valideynləri, onunla ailə həyatı quran şəxs və ətrafda bunu bilən, şərait yaradan hər kəs məsuliyyətə cəlb olunur. Uşaq valideynlərdən alınaraq, dövlətə təhvil verilir.