Bəzi müəllimlər başqa “yaradıcılıq”la məşğuldurlar
Və ya müəllim Şeyx Nəsrullahlar Son günlər sosial şəbəkədə geniş müzakirə olunan mövzulardan biri də müəllim-şagird münasibətləridir. Gənc müəllimin yeddinci sinif şagirdini onunla ailə qurmaq məqsədi ilə məktəbdən uzaqlaşdırması geniş müzakirələrə səbəb oldu. Bu gün ölkə məktəbində kişi müəllimlərin olmamasını problem kimi qabardan cəmiyyət, artıq bu kimi hadisələri eşidəndə bir qədər tərəddüd edir. Bir sözlə məktəblərimizdə Şeyx Nəsrullahlar peyda olub. Oxşar problem qonşu Türkiyənin də gündəmindədir. Bizdən fərqli olaraq orada bu cür problemin aradan qalxması üçün aidiyyatı qurumlar daim fəaliyyətdədir. Yaxın keçmişdə “Cocuk gəlin”, “Baba, beni okula gönder” kimi müxtəlif adla həyata keçirilən kompaniyalar az da olsa nəticə vermişdi. Hətta ailəsi tərəfindən zorla ərə verilən məktəblilərin valideynləri, onunla ailə həyatı quran şəxs və ətrafda bunu bilən, şərait yaradan hər kəs məsuliyyətə cəlb olunur. Uşaq valideynlərdən alınaraq, dövlətə təhvil verilir.
17 Dekabr 2018 13:43 SosialVə ya müəllim Şeyx Nəsrullahlar
Son günlər sosial şəbəkədə geniş müzakirə olunan mövzulardan biri də müəllim-şagird münasibətləridir. Gənc müəllimin yeddinci sinif şagirdini onunla ailə qurmaq məqsədi ilə məktəbdən uzaqlaşdırması geniş müzakirələrə səbəb oldu. Bu gün ölkə məktəbində kişi müəllimlərin olmamasını problem kimi qabardan cəmiyyət, artıq bu kimi hadisələri eşidəndə bir qədər tərəddüd edir. Bir sözlə məktəblərimizdə Şeyx Nəsrullahlar peyda olub. Oxşar problem qonşu Türkiyənin də gündəmindədir. Bizdən fərqli olaraq orada bu cür problemin aradan qalxması üçün aidiyyatı qurumlar daim fəaliyyətdədir. Yaxın keçmişdə "Cocuk gəlin", "Baba, beni okula gönder" kimi müxtəlif adla həyata keçirilən kompaniyalar az da olsa nəticə vermişdi. Hətta ailəsi tərəfindən zorla ərə verilən məktəblilərin valideynləri, onunla ailə həyatı quran şəxs və ətrafda bunu bilən, şərait yaradan hər kəs məsuliyyətə cəlb olunur. Uşaq valideynlərdən alınaraq, dövlətə təhvil verilir.
Olaylar.az təhsil üzrə ekspert Kamran Əsədovun mövcud problemlə bağlı fikirlərini təqdim edir.
Ekspert qeyd edir ki, respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi yaradıcı və tənqidi düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir: "Amma təəssüf ki, bəzi müəllimlər bu vəzifəsinin öhdəsindən gələ bilmir. İlk növbədə müəllim bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı keyfiyyətləri özündə cəmləşdirməlidir. Lakin biz bir çox hallarda bunun tam əksinin şahidi oluruq. Belə ki, dərs dediyin sinifdə onun fənnindən yanına hazırlığa gəlməyən şagirdi təhqir edən, ona qarşı xoş davranmayan kifayət qədər müəllim var. Bununla yanaşı dərs dediyi sinifdə, çalışdığı məktəbdə təhsil alan yuxarı sinif şagirdlərinə qarşı nalayiq münasibətdə olan müəllimlər, məktəb direktorları, direktor müavinləri var. Hesab edirəm ki, müəllim bütün hallarda, xüsusən "müəllim - şagird" münasibətlərinin qurulmasında pedaqoji taktı - nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır. Amma bir çox hallarda kişi müəllimlər şagirdlərin, gənc qızların bu səmimiliyindən suai istifadə edirlər. İş prosesində müəllim - şagird münasibətlərinin düzgün qurulması, şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində mühüm əhəmiyyət kəsb edir. Amma reallıqda isə biz bunun əksini görürük."
Kamran Əsədov bildirir ki, bu kimi hallar ali təhsil müəssisələrində daha çox baş verir. Müəllim və şagird arasında qarşılıqlı hörmət olmalıdır ki, müəllim şagirdə sevgi, məhəbbətlə və eyni zamanda ciddi yanaşmalıdır. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, hərəkət etməməlidir. Nə qədər sözə baxmayan, nadinc şagird olsa belə, müəllim özünün pedaqoji metodlarından istifadə edib, xoş, isti münasibət yaratmalıdır. Lakin bəzi hallarda bu sevgi tamamilə başqa istiqamətə yönəlir. Müəllimlik kütləvi peşədir. Müəllimlik kütləvi peşə olsa da yadda qalan ən yaxşı müəllimlər olur. Çünki nəsilləri öyrətmək, tərbiyə etmək çox vacibdir və bu hamıya lazımdır. Amma son illərə baxanda müəllimlərin öyrətdiyindən daha çox etdikləri nalayiq hərəkətlər yadda qalır. Müəllimlik məsuliyyətli peşədir. Çünki müəllim insanın təlim və tərbiyəsi ilə məşğul olur, şüurunu formalaşdırır və bu işdə səhvə yol vermək olmaz. Müəllimlik peşəsinin yaradıcı olması onun mürəkkəbliyini sübut edən amildir. Lakin indi bəzi müəllimlər başqa "yaradıcılıq"la məşğuldurlar. Son dövrlərdə bəzi müəllimlərin səmərəli fəаliyyətini biz təhsilin keyfiyyətinin artırmaq yerinə özlərinin şəxi maraqlarının artmasına xidmət edirlər."
Ekspert 2014-ci ildə qəbul edilmiş Müəllimlərin etik davranış qaydaları müəllim şagird münasibətlərini tənzimləyən hüqüuqi sənəd olduğunu bildirir: "Qaydalarda qeyd olunur ki, müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Əgər müəllim müvafiq qanunun tələblərini pozarsa onunla bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Təəsüf ki, bu kimi hallar orta məktəblərdə mütəmadi olaraq baş verir və məktəb direktorları da buna göz yumurlar. Hesab edirəm ki, təhsili idarə edən orqanlar bu kimi hallara yol verən müəllimləri, onların direktorlarını vəzifəsindən azad etməlidir. Son hadisə onu göstərir ki, cəmiyyətin bəlası olan erkən nikahlar hələdə davam edir."
Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halının valideyn tərəfindən uşağa qarşı törədilən zorakılıq olduğunu söyləyən Kamran Əsədov bildirir ki, bu istiqamətdə apardığımız araşdırmalara görə Azərbaycanın cənub rayonlarında azyaşlı qızların ərə verilməsi halları daha çoxdu: "Bəzi rayonların əksər məktəblərində 14-15 yaşında qızlar dərsə gəlmirlər. Onlar ya ərə verilib, ya da nişanlıları onların təhsillərini davam etdirməyə icazə vermir. Azyaşlı qızın təfəkkürü inkişaf etmədiyindən, hansı seçimin düzgün olması barədə qərar verə bilmir. Buna görə də, bu yaşda qızların ərə verilməsi düzgün hesab edilmir. Tibbə məlumdur ki, analıq dövrü üçün ən azı 18 yaş həddi normal qəbul olunub. Hətta ailə anlayışını dərk edə bilməyən qızlar uğurlu ailəyə sahib ola bilmirlər. Bu kimi hallarda mətbuatda maarifləndirici mövzulara daha çox yer verməlidir."
Ay An