Psixoloqun missiyası insanların psixologiyasını alt-üst etmək deyil

“Psixoloqun missiyası insanların psixologiyasını alt-üst etmək yox, onları sakitləşdirmək və çıxış yolu göstərməkdir”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə psixoloq, psixoterapevt Xanım Niftəliyeva çıxış edib. O, bildirib ki, Mübariz İbrahimov xalqın qəhrəmanıdır:

"Psixoloqun missiyası insanların psixologiyasını alt-üst etmək yox, onları sakitləşdirmək və çıxış yolu göstərməkdir". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə psixoloq, psixoterapevt Xanım Niftəliyeva çıxış edib. O, bildirib ki, Mübariz İbrahimov xalqın qəhrəmanıdır: "Və Qarabağ məsələsi bu gün cəmiyyətin həssas mövzusudur. Peşəkar psixoloq həssas məsələlərdə necə danışmağı bilir. Mübariz İbrahimovla bağlı status yazan psixoloq ya qeyri-peşəkardır ya da reklam olunmaq istəyib.
Bir şey əlavə etmək istərdim. Burada hansı cinayətdən söhbət gedə bilər? 1918-ci ildən başlayaraq bizim uşaqları qıran, turbalara yığıb hər iki tərəfdən qaynaqlayan, ocağın içinə atan, qaynar samovarı hamilə qadınların belinə bağlayan ermənilər cinayətkardır. Babam və nənəm Qarabağdan qaçqın düşərək Ordubada gəliblər. Deyirdilər ki, ermənilər atanı qızı ilə cinsi əlaqəyə təhrik ediblər, ata bunu etməyəndə qızını zorlayıblar və bütün övladlarını güllələyiblər. Belə olan halda hansı erməniyə haqq vermək olar? Cinayət budur, yoxsa vətəni, torpağı milləti üçün canından keçən və şəhid olan? Bu psixoloqun qanında ya erməni qanı var, ya da elə onlara işləyir?".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31