Sosial

Kitabxananın 90 illik tarixi uşaqların ifasında səhnələşdirilib

27 Dekabr 2018 16:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Muzey Mərkəzində Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının (V.Q.Korolenko adına Mərkəzi Şəhər Kitabxanası) 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

İstanbulda Cümhuriyyətimizin 100 illiyi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

27 Dekabr 2018 14:31

İstanbul Universitetində Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə “Bir kərə yüksələn bayraq, bird aha enməz” adlı tədbir təşkil olunub. “OLAYLAR”-a daxil olan məlumata görə, mərasimdə rəsmi şəxslər, Azərbaycan və Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət xadimləri, tələbələr iştirak ediblər.

BƏƏ mediası Azərbaycandan yazdı

27 Dekabr 2018 14:26

Birləşmiş Ərəb Əmirliklərinin aparıcı ərəbdillirəsmi dövlət qəzeti olan ”Ettihad” qəzetində BƏƏ-li jurnalist ЯкорьMahmud İsmayıl Badrın “Şeyx Zayed İrsi Festivalında Azərbaycan pavilyonu. Odlar yurduna səyahət” sərlövhəli yazısı dərc olunub. “OLAYLAR”-a Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib ki, Abu Dabi şəhərində keçirilən Şeyx Zayed İrsi Festivalında ölkəmizin iştirakına həsr edilmiş məqalədə Azərbaycan pavilyonundanümayiş etdirilən milli adət-ənənələrmiz,müxtəlif yaş təbəqələrinə aid kişi və qadın milli geyimlərimiz, onların xüsusiyyətləri, istifadə olunan naxışlar, eyni zamanda sərt qışı ilə seçilən Xınalıq kəndindən gətirilmiş yun paltarlar və şallar haqqında məlumat verilib.

Məktəblilər arasında breyn-rinq intellektual oyunu keçirilib

27 Dekabr 2018 14:23

Paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında breyn-rinq intellektual oyunu keçirilib. “OLAYLAR” xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş yarışda 84, 87, 97, 226, 232, 316 və 327 nömrəli tam orta məktəblərin IV sinif şagirdlərindən ibarət komandaları iştirak ediblər.

AST Telman bu ölkənin vətəndaşı oldu

27 Dekabr 2018 13:51

Telman İsmayılov Monteneqro vətəndaşlığı alıb. Bu məlumatı “Maş” Teleqram kanalı yayıb.

Bayram günlərində polis gücləndirilmiş iş rejimində işləyəcək

27 Dekabr 2018 13:46

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 2018-ci il dekabrın 29-dan 2019-cu il yanvarın 3-dək respublika daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək.