Laçınlı köçkünlərin mal-qaralarına baytarlıq baxışı keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Laçın Rayon Baytarlıq İdarəsinin baytar həkim briqadası tərəfindən Laçından olan məcburi köçkünlərin saxladıqları mal-qaraya baytarlıq baxışı keçirilir. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, baytarlıq baxışı zamanı heyvanlar müayinə edilir, aşkar edilən xəstəliklərə qarşı müalicə tədbirləri görülüb. Epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar laçınlılara məxsus mal-qara saxlanılan binaların dezinfeksiyası və dezinseksiyası aparılıb. Qışlamaya hazırlıq ilə əlaqədar olaraq Ağcabədi rayonunun ərazisində olan Taxtakörpü qəsəbəsində və respublikanın əksər rayonunda məskunlaşan laçınlılara məxsus iri və xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarına mütəmadi baytarlıq baxış keçirilir. Cari il ərzində 10 sahə baytarlıq məntəqəsi vasitəsi ilə 75 ədəd tövlə və tövləətrafı ərazidə 21187 kvadratmetr sahədə dezinfeksiya işləri aparılıb. Həmçinin qışlamaya hazırlıqla əlaqədar təsərrüfatlarda olan tövlələr, qoyun damları və quzu küzləri sahibkarlar tərəfindən mexaniki təmizləndikdən sonra dezinfeksiya olunub, qoyunların qoturluq xəstəliyi əleyhinə profilaktik məqsədlə neosidol vannasında çimizdirmə işləri aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31