Kommunikasiya və İnsan Münasibətləri - QHT 3 günlük təlim keçirib
27 Dekabr 2018 14:26 Sosial"Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi "Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi" layihəsini davam etdirir.
Layihə çərçivəsində dekabrın 21, 22 və 23-də Saatlı rayonunda yerli QHT nümayəndələrin iştiraki ilə "Kommunikasiya və İnsan Münasibətləri (Communication and Human Relations Skills)" mövzusunda 3 günlük təlim keçirilib.

Təlimdə ictimai birliklərə
-Kommunikasiya nədir,
-Kommunikasiya prosesində dörd əsas mərhələ,
-Həyatımızda kommunikasiyaya nə qədər yer veririk,
-Kommunikasiya vasitələri,
-Kommunikasiya əskik olarsa və ya o lazımınca dəyərləndirilməzsə, ünsiyyətin 50 qaydası,
-Söhbətə başlamaq üçün nə etmək lazımdır,
-Sevmədiyiniz həmkarlarınızla ünsiyyət yaratmanın, mübahisə etməyin yolları,
-Münasibətlər haqqında 10 həqiqət və digər mövzularla bağlı məlumat verilib.