Sosial

Lennski planı- İLQAR RƏSUL

8 Yanvar 2019 22:41

2018-ci il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 3581 müraciət daxil olub

8 Yanvar 2019 18:33

2010-cu ildə “Azercell Telekom” MMC-nin dəstəyi ilə uşaqların müdafiəsi və hüquqlarının qorunması üçün yaradılan “Uşaq Qaynar Xətt” xidməti ötən ilin yekunları ilə bağlı hesabatını açıqlayıb. Qeyd edək ki, 2018-ci il ərzində quruma 3581 müraciət daxil olub. Onlardan 1909-u təhsil, 426-sı psixoloji, 235-i sosial, 497-si hüquqi, 177-si səhiyyə, 337-si isə digər sahələrdə yaranan sualları əhatə edib. Daxil olan müraciətlərin 1432-si şəhərdaxili, 1995-i mobil telefon, 54-ü isə mobil sms-lə qeydə alınıb.

Saunanın insan orqanizminə faydaları və ziyanı — ALİMLƏR AÇIQLADI

8 Yanvar 2019 16:43

Əsasən soyuq havalarda bir çoxumuz saunlara üz tutur, buğxanalarda vaxt keçiririk. Əsasən bunun insan sağlamlığı üçün faydalı olduğuna inanırıq. Alimlər sauna və buğxananın bəzi insanların sağlamlığı üçün təhlükəli olduğunu araşdırıblar.

"Wikipedia.org" - da Şuşa haqqında xüsusi bölmə Özbək dilində istifadəyə verildi

8 Yanvar 2019 16:09

Azərbaycanın təbliği və ölkəmiz haqqında dünya ictimaiyyətinin obyektiv, operativ informasiya təminatını həyata keçirmək məqsədi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Wikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyası üzrə Azərbaycana dair Özbək dilində bölmələrin yaradılması işi davam etdirilir.

Komitə sədri vətəndaşları qəbul edib

8 Yanvar 2019 15:53

Yanvarın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. “OLAYLAR”-a Dövlət Komitəsinə istinadən xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə müdirləri və departament direktorları vətəndaşları qəbul ediblər.

66 vakant yerə müsahibə keçiriləcək

8 Yanvar 2019 15:21

Dövlət qulluğuna qəbulla bağlı 27 noyabr 2018-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.

Aİİ-də imtahan sessiyası başladı

8 Yanvar 2019 15:19

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) payız semestrinin qış imtahan sessiyasına start verilib. Yanvarın 31-dək davam edəcək sessiya təsdiq olunmuş imtahan cədvəlinə uyğun surətdə yazılı, test üsulu və zəruri hallarda şifahi formada keçirilir. “OLAYLAR” xəbər verir ki, Aİİ rektoru Ceyhun Məmmədov imtahanlardan əvvəl tələbələrlə görüşüb, onlara uğurlar diləyib: “İlahiyyat İnstitutunun tələbələri olaraq, üzərinizə düşən məsuliyyət həm ağır, həm də şərəflidir. Sizə bu şərəfli yolda nailiyyətlərarzulayıram”.

“Xocalıya Ədaləti Tələb et!” məqalə müsabiqəsi elan edildi

8 Yanvar 2019 15:17

“Xocalıya Ədalət” beynəlxalq kampaniyası (Justice for Khojaly Campaign) və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Xocalıya Ədaləti Tələb et!” məqalə müsabiqəsini elan edir. “OLAYLAR” xəbər verir ki, müsabiqənin məqsədi Xocalı hadisələrinin gənc nəslin yaddaşlarında daha da möhkəmlənməsi və gənclərin həqiqətlərin təbliğindəki rolunun artırılması, onların kampaniyanın strateji məqsədlərinin həyata keçirilməsində fəal iştirakının təmin edilməsindən ibarətdir.

Qəbir daşı ilə şəkil çəkdirib, sosial şəbəkədə paylaşır ki...

8 Yanvar 2019 15:13

Sosioloq: “İntellekti zəif olan adam düşdüyü boşluğu yalnız ucuz vasitələrlə doldurmağa çalışır” Zaman keçdikcə dövrün “tələbi” ilə uyğunlaşan və tibbdə təsdiq edilmiş xəstəliklər yaranır. Selfitis xəstəliyi bunun bariz nüməsidir. “Selfitis” ilk vaxtlarda çox selfi çəkənlər üçün yaranan termin olsa da, 2004-cü ildən Amerika Psixiatriya Mərkəzi bu meyli xəstəlik kimi qiymətləndirdi. Ötən 15 il müddətində çəkilən selfilərin məğzi də dəyişib. İlk vaxtlar insanlar şən, şad günlərdə, gözəl görüntüləri foto və video lentə alırdı, indi isə bunların heç bir əhəmiyyəti yoxdur. İnsanlar artıq intihara cəhd hallarında, hətta yas mərasimlərində belə video görüntü, yaxud selfi edib sosial şəbəkələrdə paylaşırlar.