Sosial

Hüquq müdafiəçisi Mehman Hüseynovla görüşüb - FOTO

8 Yanvar 2019 14:48

Bu gün - yanvarın 8-də Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov həbsdə olan bloqqer Mehman Hüseynovla görüşüb. S.Məmmədov sosial şəbəkədə M.Hüseynovla birgə fotosunu paylaşıb.

Beyləqanda 146 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq

8 Yanvar 2019 14:26

Beyləqan rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış kompleksi inşa edilir. “OLAYLAR”-a Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə, kompleksin tikintisi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”ə əsasən həyata keçirilir.

Hər yer, hər şey dəyişə bilər, lakin...

8 Yanvar 2019 14:18

Mən unudulmuş tarixəm, Gələcəkdən xəbərsiz, Dünənində durmayan. Mən gələcəyəm əsərsiz Məni sonlar gözləsin Sabahında olmayan. Keçmişəm (Qara Dərviş – Keçmiş)

Onun böyük ürəyi…

8 Yanvar 2019 10:27