Sosial

Renkadan ehtiraslı fotolar

7 Yanvar 2019 19:36

Aİİ-də payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib

7 Yanvar 2019 18:45

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı növbəti iclas keçirilib. “OLAYLAR” xəbər verir ki, institut rəhbərliyinin, müəllim və əməkdaşlarının iştirak etdiyi yığıncaqda imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisəsində imtahan qərargahının yaradılması, bu qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi müzakirə edilib. Eyni zamanda, imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyət nümayəndələrinin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması məsələləri diqqətə çatdırılıb.

Bakcell məktəbliləri “İnternetdən təhlükəsiz istifadə” ilə tanış edir

7 Yanvar 2019 18:39

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell, Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkəti ilə birlikdə məktəblilər üçün İnternetdən təhlükəsiz istifadə üzrə maarifləndirmə tədbirlərini davam etdirir.

Amaşov: "“Mətbuat Şurası haqqında” ayrıca qanuna ehtiyac var"

7 Yanvar 2019 18:21

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov “Mətbuat Şurası haqqında” qanun layihəsinin hazırlanmasını və qəbul olunmasını təklif edir. Millət vəkili bununla bağlı təklifini dilə gətirib.

Eksternat imtahanları keçirilib

7 Yanvar 2019 17:59

Yanvarın 7-də Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən eksternat imtahanları keçirilib. “OLAYLAR” Bakı Şəhər Təhsil İdarəsinə istinadən xəbər verir ki, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini (XI sinif) bitirə bilməyən şəxslər iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlar ıuşaq evini ziyarət edib

7 Yanvar 2019 16:34

Diasporla İş üzrə Dövlət Komi¬təsinin əməkdaşları Şaqan 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün 200 yerlik internat evini ziyarət edib. “OLAYLAR” xəbər verir ki, Yerli Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə internat evində olan ziyarətçilər uşaqları bayram azuqələri ilə sevindirib, internat evinin vəziyyəti ilə yaxından tanış olub və bu cür təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyi bildirilib.