"Sabina dedi ki, məni o verilişə çıxar, Türkiyədən gələndə sənə bir duxi alaram...”
8 Yanvar 2019 15:34 SosialAşıq Namiq Fərhadoğlu müğənni Sabina Selcanla aralarında olan qalmaqalla bağlı Moderator.az-a danışıb.
N.Fərhadoğlu bildirib ki, bu Sabinanın reklam olunması üçün öncədən təşkil olunan bir qurama idi.
"Sizdən xahiş edirəm mənə sənətimlə bağlı suallar verin. Mən müəlliməm, gündə iki saat veriliş aparıram, layihələrim var. Boş-boş şeylərə vaxt ayırmıram. Bu Əfruzənin oyunlarıdır, özünüz də çəkilişdə şahidi olmusunuz. Əfruzə qabaqlar mənim mətbuat katibim idi, indi isə Sabinanın mətbuat katibidir. Bilir ki, oxumaqla bir şey edə bilməyəcəklər və ona görə qalmaqal yaradırlar. On beş gündür bu məsələdən danışırlar, amma reaksiya vermirəm. "İt hürər, karvan keçər", onlar kim, mən kim. Onlara cavab versəm, onların səviyyəsinə düşərəm və gündəmə gətirərəm. Bunu bilərəkdən etdilər. Bilirlər ki, başqa aşığa bunu etsələr reaksiya verməyəcək, amma onu da bilirlər ki, Namiqə birini deyəndə, beşini deyir. Lakin bu dəfə səbrimi cilovladım. Ona görə ki, baş qoşmadım ki, bu qədər işlər görmüşəm və belələrinə baş qoşanda sənətim kölgədə qalır. Bununla bağlı çox yerdən zəng vurublar, amma açıqlama vermədim. Mən bir kişi olaraq qadına baş qoşan deyiləm".
Aşıq Namiq bildirib ki, əvvəllər Sabinanı onun xahişi ilə verilişinə dəvət edib:
"Əvvəllər bir verilişim var idi və iştirak etmək ödənişli idi. Sabina verilişin yarı pulunu verib dedi ki: "Namiq, maddi imkanım yaxşı deyil, məni o verilişə çıxar, Türkiyədən gələndə sənə bir duxi alaram". Dedim ki, sənin mənə heç nəyin lazım deyil və verilişə çıxardım. Sonra da harda görsəm, salamlaşırdıq. Sadəcə olaraq, bu bir oyun idi, amma belə etmək də cılızlıqdır. ARB-nin də əməkdaşları tez gəlib bizim salamlaşmağımızı çəkdilər. Təsəvvür edin ki, bu bədbəxtlərin efirdə verməyə bir materialları yoxdur. On beş gündür bunu müzakirə edirlər. Hamısı istəyir ki, Namiq də reaksiya versin və qalmaqal yaransın, amma mənim də ağlım var"