Türkiyədə beynəlxalq jurnalist təşkilatı yaradıldı
8 Yanvar 2019 14:51 SosialAnkarada Qlobal Jurnalist Təşkilatı (Küresel Gazeteciler Konseyi) adlı yeni beynəlxalq jurnalist təşkilatı qurulub.
"Anadolu Mediası Gücbirliyi Platformu" (AGP) və "DİM Media"nın İdarə Heyətinin sədri Mehmet Ali Dim təşkilatın qurucu sədri seçilib. Yeni təşkilatın fəxri sədri isə jurnalist Yavuz Donat olub.
Qlobal Jurnalist Təşkilatının qurucu üzvləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu ziyarət ediblər.
Təşkilat yaxın vaxtlarda Avropada, Amerikada, MDB məkanında da fəaliyyət göstərəcək və böyük işlər ortaya qoyacaq.
Azərbaycandan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı da qurucular arasında yer alır.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31