Sosial

Yanvarın 21-də gözünüz göydə olsun, çünki...

10 Yanvar 2019 15:29

2019-cu ilin ilk Ay tutulması hadisəsi yanvarın 21-də Bakı vaxtı ilə saat 07:34-10:51-də baş verəcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.

Evlənək, boşanarıq...

10 Yanvar 2019 14:26

Azərbaycanın ailə modeli bir çox ölkələrə nümunə olsa da etiraf edilməlidir ki, ailələr ən müxtəlif səbələrdən dağılır. Respublikada ailə institunun möhkəmləndirilməsi istiqamətində bir sıra ciddi addımların atılmasına, dövlət səviyyəsində xüsusi proqramların həyata keçierləsinə baxmayaraq, boşanmaların sayı ilbə-il artmaqdadır. Bəs, boşanmaya səbəb olan amillər hansılarsır? Psixoloqlar hesab edirlər ki, evlilik elə bir birlikdir ki, mütləq çatışmayan tərəfləri olur. Bu boşluqlar aradan qaldırılmadıqda boşanma ilə nəticələnir. Evlilik müddətində ailəyə yeni bir üzv gəlibsə, boşanma daha ağrılı olur.

Nəsimi rayonunda vətəndaşların səyyar qəbuluna mühüm əhəmiyyət verilir

10 Yanvar 2019 13:03

2018-ci il ərzində Nəsimi Rayon İcra Hakimiyyəti tətəfindən 39 səyyar qəbul keçirilmiş, 3200-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 249 müraciət dinlənilmişdir. Rayon İcra Hakimiyyətindən “Olaylar”a verilən məlumata görə, qəbullarda qaldırılan məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, gənclərin və yeniyetmələrin asudə vaxtlarının təşkili, aztəminatlılara yardımların göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur.

AHİK-də 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardımlar edildi

10 Yanvar 2019 13:00

1990-cı ilin 20 yanvar günündə törədilmiş qanlı hadisələrin üstündən 29 il keçsə də, Azərbaycan xalqı öz fədakar oğul və qızlarını heç zaman unutmur. Həmin tarixdə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə Sovet ordusu respublikamızın paytaxtına daxil olaraq dinc əhaliyə divan tutmuşdu. Həmin gecə müstəqillik uğrunda mübarizəyə qalxan, vətəni yadların tapdağından qurtarmağa çalışan yüzlərlə sakin vəhşicəsinə qətlə yetirilmişdi.

Respublika Yaradıcılıq Festivalına həsr olunmuş görüş keçirilib

10 Yanvar 2019 12:57

Ümumtəhsil müəssisələrinin tərbiyə işləri üzrə direktor müavinləri ilə Məktəblilərin Respublika Yaradıcılıq Festivalına hazırlıq məsələlərinə dair görüş keçirilib. “OLAYLAR” xəbər verir ki. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş görüşdə Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, BŞTİ-nin və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, ümumi təhsil məktəblərinin tərbiyə işləri üzrə direktor müavinləri iştirak ediblər.