Nəsimi rayonunda vətəndaşların səyyar qəbuluna mühüm əhəmiyyət verilir
2018-ci il ərzində Nəsimi Rayon İcra Hakimiyyəti tətəfindən 39 səyyar qəbul keçirilmiş, 3200-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 249 müraciət dinlənilmişdir. Rayon İcra Hakimiyyətindən “Olaylar”a verilən məlumata görə, qəbullarda qaldırılan məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, gənclərin və yeniyetmələrin asudə vaxtlarının təşkili, aztəminatlılara yardımların göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur.
10 Yanvar 2019 13:03 Sosial2018-ci il ərzində Nəsimi Rayon İcra Hakimiyyəti tətəfindən 39 səyyar qəbul keçirilmiş, 3200-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 249 müraciət dinlənilmişdir. Rayon İcra Hakimiyyətindən "Olaylar"a verilən məlumata görə, qəbullarda qaldırılan məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, gənclərin və yeniyetmələrin asudə vaxtlarının təşkili, aztəminatlılara yardımların göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur.
Görüşlərdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək bildirib ki, son 15 ildə ölkənin sosial-mədəni və təsərrüfat infrakstrukturu tamamilə yenilənmiş, əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilmiş, ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi islahatlar aparılmış, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülmüş, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair mühüm qərarların qəbul edilməsinə nail olunmuşdur.