Evlənək, boşanarıq...

Azərbaycanın ailə modeli bir çox ölkələrə nümunə olsa da etiraf edilməlidir ki, ailələr ən müxtəlif səbələrdən dağılır. Respublikada ailə institunun möhkəmləndirilməsi istiqamətində bir sıra ciddi addımların atılmasına, dövlət səviyyəsində xüsusi proqramların həyata keçierləsinə baxmayaraq, boşanmaların sayı ilbə-il artmaqdadır. Bəs, boşanmaya səbəb olan amillər hansılarsır? Psixoloqlar hesab edirlər ki, evlilik elə bir birlikdir ki, mütləq çatışmayan tərəfləri olur. Bu boşluqlar aradan qaldırılmadıqda boşanma ilə nəticələnir. Evlilik müddətində ailəyə yeni bir üzv gəlibsə, boşanma daha ağrılı olur.

Azərbaycanın ailə modeli bir çox ölkələrə nümunə olsa da etiraf edilməlidir ki, ailələr ən müxtəlif səbələrdən dağılır. Respublikada ailə institunun möhkəmləndirilməsi istiqamətində bir sıra ciddi addımların atılmasına, dövlət səviyyəsində xüsusi proqramların həyata keçierləsinə baxmayaraq, boşanmaların sayı ilbə-il artmaqdadır. Bəs, boşanmaya səbəb olan amillər hansılarsır? Psixoloqlar hesab edirlər ki, evlilik elə bir birlikdir ki, mütləq çatışmayan tərəfləri olur. Bu boşluqlar aradan qaldırılmadıqda boşanma ilə nəticələnir. Evlilik müddətində ailəyə yeni bir üzv gəlibsə, boşanma daha ağrılı olur. Evliliyin  son qoyulmasına yol açan səbəblər çox müxtəlif ola bilər. Ən çox rast gəlinən səbəbləri aşağıdakı kimi sıralanır: İqtisadi problemlər; tərəflərin sosio-mədəni səviyyə fərqliliyi; cinsi problemlər; ünsiyyət problemi; tərəflərdən birinin xəyanəti; ailədaxili şiddət. Təbii ki, boşanmanın səbəb və nəticəlri uşaqların bundan nə qədər təsirlənəcəyini müəyyən edir. Məsələn, tərəflərin bir-birini başa düşməməsi (ünsiyyət problemi) səbəbiylə qurtaran evliliklə tərəflərdən birinin xəyanəti nəticəsində bitən evliliyi müqayisə edək. Birincisində, tərəflər  uzlaşan və uşaqla bağlı problemlərin öhdəsindən gəlmək barədə daha düşüncəli davrana bilirlər. İkinci vəziyyətdə isə tərəflər bir-birilərinə qarşı daha qəzəbli və düşməncə davranışlar göstərirlər. Vəziyyət belə olduqda istəsələr də uzlaşan ola bilməzlər. İkinci tip boşanmalarda isə uşaqlara daha çox zərər dəyir. Odur ki, cütlüklər boşanan zaman həm də uşaqların gələcək taleyini düşünməlidirlər.

Qeyd edək ki, Azərbaycan dövlətinin, Azərbaycan millətinin əsas sərvəti onun ailəsidir. Azərbaycan əsas qazancı onun ailəsidir, ailə institutunun möhkəmliyidir. Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri də ailə siyasətidir və bu istiqamətdə də xeyli işlər görülüb. Ümumiyyətlə, dünyada yüzlərlə dövlət, minlərlə xalq, etnos olsa da, onlardan cəmi 6-7-sinin ailə modeli var. Həmin ailə modellərindən biri də Azərbaycan ailə modelidir. Ancaq bunula yanaşı, ailələrin sonsuzluq səbəbindən dağılması kimi həssas məsələlərə ehtiyatla yanaşılmalıdır. Çünki, sonsuzluq ailələrin dağılmasında mühüm rol oynayır.

Boşananların sayının statistikası ilə bağlı aparılan araşdırmalar nəticəsində rəsmi nikaha girməyin vacibliyini bir daha aşkara çıxıb. Aydındır ki, dini nikahla ailə quranlar ayrılarkən hüquqi müstəvidə ciddi porblemlərlə üzləşirlər. Xüsusilə də, mülkiyyət münasibətlərinin aydınlaşdırılması zamanı ciddi anlaşılmazlıqlar, mübahisələr, məhkəmə çəkişmələri meydana çıxır. Ailə münasibətlərinin rəsmi nikah əsasında qurulması həm də evlilikdən əvvəl gənclər arasında gələcək ailə münasibətlərinin planlaşdırılması, bütün həssas məaqamların dəqiqləşdirilməsi baxımından əhəmiyyətlidir. Bu baxımdan, rəsmi nikaha girməklə yanaşı, nikah müqaviləsinin imzalanmasının əhəmiyyətini də xüsusi qeyd etmək lazım gəlir. Cütlüklərdə belə bir məsuliyyətin olmaması təbii ki, boşanma üçün münbit şərait yaradır. Nikah müqaviləsi imzalamağı milli mentalitetə sığışdırmayanlar bəzən boşanma zamanı aylarla məhkəmələrdə çəkişmək zorunda qalırlar. Ailə quranlar arasından rəsmi nikahın olmamasının əsas səbəblərdən biri məhz erkən nikahların mövcudluğudur ki, bu da əksər hallarda boşanma ilə nəticələnir. Digər qisim ekspertlər heab edirlər ki, ailə məsələləri bəzən İslamda təhrif olunmuş formada çatdırılanda ailə institutunun təməlini sarsıdır. Bizim xalq deyimlərimizdə də var ki, "bir yastıqda qoşa qarıyasız", "qızım səni ərə veririk, həmin evdən yalnız meyitin çıxa bilər". Nəzərə almaq lazımdır ki, bunlar boş-boşuna deyilmiş sözlər deyil, elimizdən, nəsillərdən gələn kəlamlardır. Hesab edilir ki, əgər  bu prinsipləri yaşada bilsək kişinin və qadının ailədə, cəmiyyətdə rolunu daha yaxşı anlamış olarıq ki, bu da ailə institunun daha da möhkəmlənməsinə səbəb olar.

Bu arada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi internetin inkişafı ilə əlaqədar olaraq, Azərbaycandakı tənha insanların sayının arta və internetin boşanma prosesinə olan təsirinin güclənə biləcəyindən narahatlığını bildirib. Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov mətbuata  açıqlamasında bildirib ki, Azərbaycanda internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək. Bütün ölkələrdə boşanmaların sayının çoxaldığını söyləyən E.Səfərov əlavə edib ki, BMT-nin statistik məlumatlarına əsasən, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Almaniyada bağlanan nikahların 35-45 faizi, Bolqarıstan, Türkiyə, Yunanıstan və Macarıstanda isə 25-28 faizi boşanma ilə nəticələnir. Son dövrlərdə Azərbaycanda boşanma faizinin cüzi olsa belə, hər il artdığını deyən komitə rəsmisi bildirib ki, hazırda ölkədə məişət zorakılığı boşanmanın ən birinci səbəbi hesab edilir. Lakin E. Səfərov hesab edir ki, əvvəllər ailələrdə məişət zorakılığı hallarının olması boşanmaya səbəb olmurdu:

"Bu gün isə yanaşma dəyişib. Müasir cəmiyyətdə gedən qloballaşma prosesi boşanmaya da öz təsirini göstərib. Boşanmaların səbəblərinə baxaq. Bu gün Azərbaycanda boşanmalara maliyyə problemləri təsir edir? Xeyr! 1990-cı illərdə maliyyə vəziyyəti dəfələrlə çətin idi. Bu gün ailələrdə zorakılıq törədilirmi? Bəli, törədilr. Ancaq 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində bu zorakılıq halları daha çox olurdu. Bu gün isə gənclərin zorakılığa dözümlülüyü yoxdur. İstər fiziki, istərsə də psixoloji olsun, gənc ailələr zorakılıqla razılaşmırlar. Digər tərəfdən, 2010-ci ilə qədər ölkədə zorakılıq boşanmaya səbəb olan əsas faktor kimi göstərilmirdi. 2012-ci ildən isə məişət zorakılığı ailədə boşanmaya səbəb olan əsas faktor kimi göstərilir".

E.Səfərovun sözlərinə görə, problemlərdən biri nikaha daxil olan gənclərin və onların ailələrinin bir-birini yaxşı tanımamasıdır. Digər tərəfdən, ailəli gənclər problemlərinin olduğunu bilsələr də, onun həlli üçün heç bir tədbir görmürlər: "Bu gün ailənin hər hansı problemi olanda gənclər onun həlli yolunu ya evi tərk edib getməkdə, ya da boşanmaqda görürlər. Amma həmin problemin həllinə dair tərəflər arasında razılaşma olmur. Buna yanaşma tərzi dəyişib, gənclərdə özünə qapanma var. Çünki gənclər internet cəmiyyətinin içində formalaşaraq qapalı olublar. Digər dövlətlərin təcrübəsinə baxdıqda görmək olur ki, internet cəmiyyəti tənhalığa gətirib çıxarır. Ona görə Azərbaycanda da internet cəmiyyətinin insanların həyatına, insanların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək. Bu gün Böyük Britaniyada əhalinin 28 faizi tənhalıqdan müxtəlif problemlər yaşayır. Belə problem digər dövlətlərdə də var. Ona görə də Azərbaycanda bu kimi halların qarşısını almaq üçün ailə dəyərlərini qoruyaraq, gender prinsiplərinə əməl edərək cəmiyyətdə qadınlar üçün bərabər imkanlar yaradılmalıdır. Cəmiyyətdə qadınlar üçün bərabər imkanlar yaradıldıqda - ona təhsilini davam etdirmək, məşğulluğa cəlb edilmək imkanı verdikdə və s. işlər gördükdə müsbət nəticələr əldə ediləcək. Bu səbəbdən həm gender təminatı, həm də məişət zorakılığı ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir". E.Səfərov əlavə edib ki, bu problemlərin həlli üçün internet resursların müsbət təsirindən bəhrələnmək, sosial şəbəkələrdə maarifləndirmə işini gücləndirmək, faydalı portalların saylarını artırmaq lazımdır.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31