Sosial

“2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib

23 Yanvar 2019 14:11

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq olunub.

Uşaqlara qarşı zorakılığın durumu qiymətləndirilir

23 Yanvar 2019 14:09

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində uşaqlara qarşı şiddət və zorakılığın qarşısının alınması ilə bağlı dəyirmi masa keçirib. “OLAYLAR” xəbər verir ki, tədbirdə Daxili İşlər, Səhiyyə, Ədliyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi və BMT agentliklərinin nümayəndələri iştirak edib.

DİM qəbul imtahanları ilə bağlı açıqlama yaydı

23 Yanvar 2019 14:04

“Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən nəşr olunmuş “Abituriyent” jurnalının 1-ci sayında ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, fənlər üzrə tapşırıq nümunələri və digər zəruri məlumatlar dərc olunub. Bundan sonra Dövlət İmtahan Mərkəzinin elektron poçt ünvanına, Çağrı Mərkəzinə və sosial şəbəkələrdəki hesablarına qəbul imtahanının I mərhələsi üzrə fənlərə aid proqramlar və tapşırıq nümunələri ilə bağlı müraciətlər daxil olub.

Nazirlikdən növbəti külək xəbərdarlığı

23 Yanvar 2019 13:26

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.