ATV-nin serialları reytinq qurbanı oldu - Bağlandılar

"Azad Azərbaycan" telekanalında yayımlanan daha bir serial reytinq qurbanı olub.

Axşam.az-ın məlumata görə, "Təhminə və Zaur" serialından sonra "Sevgi naminə" adlı ekran işi də yayımını dayandırır.

Bu barədə məlumatı serialın baş rollarından birini canlandıran əməkdar artist Anar Heybətov da təsdiqləyib:

"Bəli, serialımız 18-ci seriya ilə ekranla vidalaşır. Səbəbini isə bilmirəm".

Əldə etdiyimiz məlumata görə, ATV dram janrında olan seriallardan yalnız "O gecə" adlı ekran əsərini saxlayıb. Onlara isə ssenarinin dəyişilməsi və reytinqinin artırılması üçün vaxt verilib.

Kanalın yeni strategiyasına əsasən, yalnız komediya serialları yayımlanacaq. Çünki onlar reytinq verir. 
 

Qeyd edək ki, "Təhminə və Zaur" serialının bağlanmasını aktyor Cavidan Novruz açıqlayıb. O, hətta ekran işindən qonorarını almadığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31