Ukraynada hər gün 400 nəfər qızılcaya yoluxur - Dəhşətli epidemiya
23 Yanvar 2019 14:16 SosialUkraynada yanvar ayı ərzində 8500 nəfər qızılca xəstəliyinə tutulub ki, onlardan 4961-i uşaqdır. AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.Yanvar ayı ərzində qızılcadan 5 nəfər dünyasını dəyişib. Təkcə, son bir həftədə Ukraynada qızılcadan 3 nəfər ölüb. Artıq Ukraynanın bir neçə vilayətində orta məktəblərdə qızılca xəstəliyi ilə bağlı karantin elan edilib.Qızılca xəstəliyinə qarşı peyvəndin edilməməsi, Ukraynada bu xəstəliyin yayılmasına səbəb olur.Qeyd edək ki, 2018-ci ildə Ukraynada qızılca xəstəliyindən 16 nəfər ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31