Sosial

Bürclər - 2 fevral

2 Fevral 2019 01:18

Şirinov qardaşları bu gün Dövlət Komitəsində olub

1 Fevral 2019 18:50

Ukraynanın Nikolayev şəhərində yanan avtomobildən bir ailəni xilas etmiş azərbaycanlı Ümud və Sabir Şirinov qardaşları bu gün həm də Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) olub.

Mərkəzi Elmi Kitabxanaya 2 mindən çox elektron resurs daxil edilib

1 Fevral 2019 17:48

AMEA-nın Mərkəzi Elmi Kitabxanası 2019-cu ilin yanvar ayı ərzində MEK-ə daxil olan sənədlərin təqdimatını keçirib. Olaylar.az xəbər verir ki, tədbirdə Fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayeva təqdimatla çıxış edərək yanvar ayı ərzində kitabxanaya daxil olan sənədlər haqqında məlumat verib. Ötən ay kitabxanaya 2 mindən çox məcburi nüsxə, hədiyyə, satınalma və beynəlxalq kitab mübadiləsi yolu ilə kitab, jurnal, qəzet və elektron resurslar daxil olduğunu bildirib.

Mətbuat Şurasının sədri: "Tələblərə cavab verən qəzetlərə əvvəlki qaydada maliyyə yardımı ayrılacaq"

1 Fevral 2019 17:39

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının yanvarın 31-də keçirilmiş iclasında Fondun 2019-cu ilin II rübü üçün KİV-lərə maliyyə yardımı müsabiqəsinin elanında qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə dəyişikliklər edilməsi məsələsinə münasibət bildirib.

Gənclərimizin ölkənin ictimai-siyasi həyatında fəal iştirakı edir

1 Fevral 2019 17:15

“Romanse Palase”da Nəsimi rayon gənclərinin 2 Fevral – Gənclər gününə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib. “Olaylar” xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dəvət olunanları salamlayaraq qeyd etmişdir ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki, Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və daha sonra Ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin «Gənclər ili» elan edilməsi, «Azərbaycan Gəncliyi Dövlət Proqramı»nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir.

Nazir müavini: “Elə gənclər təşkilatı var ki, qrant müsabiqəsi vaxtı peyda olur”

1 Fevral 2019 17:11

“Bu gün gənclər siyasəti sahəsində formalaşmış normativ baza var. Dövlət gənclər siyasətinin başlanmasının 25 illiyi çərçivəsində bu il artıq gənclər siyasəti ilə bağlı qanuna yeni əlavə və düzəlişlər olacaq, yeni anlayışlar gətiriləcək”. “Olaylar” xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev 2 Fevral - Gənclər günü ilə bağlı mətbuat nümayəndələri ilə görüşdə deyib. Nazir müavini qeyd edib ki, qanunun içərisində olan bəndlərdə müəyyən düzəlişlər olacaq və bunlar gənclərin xeyrinə olacaq: "Bu düzəlişlərin hər biri qlobal çağırışlara və dövlətin daxili imkanlarına cavab verir. Bu gün gənclərimiz kifayət qədər vətənpərvər və öz köklərinə sadiqdir. Lakin bəzən formalaşması müasir dövrə düşən gənc ötən zamana qiymət verə bilmir və o vaxta dəyərləndirmir. Bu günki inkişafı görür və hesab edir ki, belə də olmalıdır və daha çox olmalıdır. Kimki o günü görüb yaxşını, pisi ayırır".