Mərkəzi Elmi Kitabxanaya 2 mindən çox elektron resurs daxil edilib
AMEA-nın Mərkəzi Elmi Kitabxanası 2019-cu ilin yanvar ayı ərzində MEK-ə daxil olan sənədlərin təqdimatını keçirib. Olaylar.az xəbər verir ki, tədbirdə Fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayeva təqdimatla çıxış edərək yanvar ayı ərzində kitabxanaya daxil olan sənədlər haqqında məlumat verib. Ötən ay kitabxanaya 2 mindən çox məcburi nüsxə, hədiyyə, satınalma və beynəlxalq kitab mübadiləsi yolu ilə kitab, jurnal, qəzet və elektron resurslar daxil olduğunu bildirib.
1 Fevral 2019 17:48 SosialAMEA-nın Mərkəzi Elmi Kitabxanası 2019-cu ilin yanvar ayı ərzində MEK-ə daxil olan sənədlərin təqdimatını keçirib.
Olaylar.az xəbər verir ki, tədbirdə Fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayeva təqdimatla çıxış edərək yanvar ayı ərzində kitabxanaya daxil olan sənədlər haqqında məlumat verib. Ötən ay kitabxanaya 2 mindən çox məcburi nüsxə, hədiyyə, satınalma və beynəlxalq kitab mübadiləsi yolu ilə kitab, jurnal, qəzet və elektron resurslar daxil olduğunu bildirib.
AMEA Dilçilik İnstitutunun şöbə müdiri, professor Sayalı Sadıqova, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, filologiya üzrə fəlsəfə doktoru Mahmizər Mehdibəyova, filologiya üzrə elmlər doktoru Salidə Şəmmədqızı, Xədicə İsgəndərli, ADİU-nun əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Firuzə Cəfərova, AMEA Folklor İnstitutunun əməkdaşları Vüsal Səfiyeva və Aynur Qəzənfərqızı təqdim edilən sənədlərin elmi əhəmiyyətindən söz açıblar.