Sosial
Qaradağda Gəncləri günü qeyd edilib
Heydər Əliyev Mərkəzində “2 fevral – Azərbaycan gəncləri günü” münasibətilə Qaradağ rayonun fəal gənclərinin yığıncağı keçirilib. “Olaylar” xəbər verir ki, yığıncaqda millət vəkili Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov iştirak edib. Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E. Abbasov Dövlət Gənclər Siyasəti istiqamətində idarənin gördüyü işlər, “2 fevral gənclər günü” münasibətilə keçirilmiş tədbirlər barədə qısa məlumat verdi. Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışaraq Azərbaycan gənclərini vahid təşkilat altında birləşdirmək, dövlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusilə vurğulandı.
Erkən ölüm hallarının başlıca səbəbi
Yaqub Mahmudov “Gənclərin dostu” mükafatı ilə təltif olunub
Fevralın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu 2 fevral - Gənclər günü ilə bağlı tədbir keçirib. Olaylar.az bildirir ki, Tarix İnstitutundan verilən məlumata görə, tədbirdə institutun direktoru, akademik Yaqub Mahmudov gənclərin cəmiyyətdəki rolundan, ölkəmizdə onlara göstərilən diqqət və qayğıdan danışıb.
Özünüzü fiziki cəhətdən hazırlayın - Fevralın 4-də...
Səpgilərdən qurtulmağın asan yolu
Ananın sağlamlığı qızın sağlamlığına necə təsir edir? 6 FAKT
Manaf Ağayev kürəkənini həbs etdirib - TƏFƏRRÜAT
Akademik Yaqub Mahmudovun “Seçilmiş əsərləri” Milli Kitabxanaya təqdim olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun 15 cildlik “Seçilmiş əsərləri” və “Yaqub Mahmudov. Biblioqrafiya”sı, eyni zamanda, Tarix İnstitutunun 2018-ci ildə nəşr etdirdiyi kitabların bütöv kolleksiyası Milli Kitabxanaya təqdim edilib. Təqdimat mərasiminə həsr olunmuş tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.
Yaqub Mahmudovun “Seçilmiş əsərləri” Milli Kitabxanaya təqdim edildi
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun 15 cildlik “Seçilmiş əsərləri” və “Yaqub Mahmudov. Biblioqrafiya”sı, eyni zamanda, Tarix İnstitutunun 2018-ci ildə nəşr etdirdiyi kitabların bütöv kolleksiyası Milli Kitabxanaya təqdim edilib. Olaylar.az bildirir ki, təqdimat mərasiminə həsr olunmuş tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.
Vüqar Səfərli: "Məqsəd hansısa qəzetlərin bağlanması yox, onların fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasıdır"
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının yanvarın 31-də keçirilmiş iclasında Fondun 2019-cu ilin II rübü üçün KİV-lərə maliyyə yardımı müsabiqəsinin elanında qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə dəyişikliklərin edilməsi bəzi media qurumlarında və sosial şəbəkələrdə reallığı əks etdirməyən yanlış mülahizələrə səbəb olub.
.jpg)




.jpg)
.jpg)

.jpg)

.jpg)



