Sosial

Quş qripi xəstəliyi ilə bağlı keçirilən monitorinqlərin nəticələri açıqlanıb

5 Fevral 2019 12:50

Yanvar ayının 14-dən 18-dək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyi ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri açıqlanıb. “OLAYLAR”-a daxil olan məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olunan quşların cəsədinə rast gəlinməyib.

Qız Qalası bənövşəyi rəngdə

5 Fevral 2019 11:26

Xərçəngə qarşı Beynəlxalq Mübarizə Birliyi 2005-ci ildən başlayaraq hər il fevralın 4-də Dünya Xərçənglə Mübarizə Gününü qeyd edir. Bu çağırışa cavab olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi insan sağlamlığına böyük təhlükə törədən xəstəliyə qarşı həssaslığı artırmaq məqsədilə ictimaiyyətə vizual ismarış göndərib. Belə ki, həmin gün paytaxtımızın simvolu olan Qız qalası bənövşəyi rənglə işıqlandırılıb.

Məktəblilər arasında şeir müsabiqəsi keçiriləcək

5 Fevral 2019 11:19

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında “Azərbaycan dili-milli varlığımızdır” mövzusunda şeir müsabiqəsi keçiriləcək. “OLAYLAR” xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan dilinin tarixi barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və istedadlı şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdən ibarətdir.