Sosial

Mədəniyyət işçilərinin peşə hazırlığında yenilik

5 Fevral 2019 15:01

Mədəniyyət müəssisələrində çalışan əməkdaşlarda peşə səriştəsinin formalaşdırılması məqsədilə yeni tədris modulları əsasında ixtisasartırma kursları təşkil olunacaq. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən keçiriləcək təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük veriləcək. Olaylar.az bildirir ki, beynəlxalq təcrübəyə əsaslanacaq təlimlərdə müasir peşə təfəkkürü və kreativ səriştələrin mədəniyyət işçiləri tərəfindən mənimsənilməsi məsələləri prioritet hesab olunacaq. Belə ki, nəzəri xarakter daşıyan materiallar dinləyicilərə kurslardan öncə təqdim olunacaq, tədris zamanı empirik biliklərə üstünlük veriləcək.