Sosial

Bürclər - 6 fevral

6 Fevral 2019 06:17

Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib

5 Fevral 2019 17:20

Fevralın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünləri qəbul edib. Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Dövlətimizin başçısının tələb və tapşırıqlarına uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində zəruri tədbirlər həyata keçirilir, hər həftənin çərşənbə axşamı günü vətəndaşların komitə sədri, onun müavinləri, aparat rəhbəri və digər məsul işçiləri tərəfindən qəbulu təşkil olunur.

Aİİ-də yanvar ayının yekunları ilə bağlı iclas keçirilib

5 Fevral 2019 16:17

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) cari tədris ilində yanvar ayının nəticələrinə həsr olunmuş növbəti iclasını keçirib. “OLAYLAR”-a təhsil ocağından bildirilib ki, İnstitut rəhbərliyi və əməkdaşlarının iştirak etdiyi tədbirdə ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və gələcək perspektivləri müzakirə olunub.

Müəllim və valideynlər qəbul ediləcək

5 Fevral 2019 16:16

Fevralın 8-də paytaxtın Səbail, Yasamal və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. “OLAYLAR” xəbər verir ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.