Günelin ayrılıq paylaşımları: "Sevirdim ki, əl çəkdim"
5 Fevral 2019 23:26 Sosial
Türkiyədə yaşayan müğənni Günel Zeynalova son günlər sosial şəbəkədəki paylaşımları ilə müzakirələrə səbəb olub.
Axşam.az-ın məlumatına görə, sənətçi ancaq ayrılıqla bağlı mesajlar yazır. Onun bu paylaşımları izləyicilərinin də diqqətindən qaçmayıb.
Günelin "Özümə qısa vaxt verdim. Həmişə güləcəm. Tam sevirdim ki, əl çəkdim. Əlimin dəydiyi hər şeyi gözəlləşdirəcəm. Sadəcə, mənə aid olanları ən sadə halıyla... Uzun-uzun baxıb, nə gözəldir deyəcəm... Kiminsə şahid olması önəmli deyil. Mən bilirəm, bəsdir... İndi sən sadəcə səbr et" kimi sözlərinə yüzlərlə şərh yazılıb.
Zeynalovanın ayrılıq mesajları birmənalı qarşılanmayıb. İzləyiciləri onun ayrılıq depressiiyası yaşadığını vurğulayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31