Mehriban Xanlarovadan “vorovskoy” söhbət: “Hansısa yaxşı oğlanın bacısı...”

Əməkdar artist Mehriban Xanlarova sosial media hesabındakı statusu ilə diqqət çəkib.

Olaylar.az xəbər verir ki, sənətçinin məsləhət olaraq yazdığı status birmənalı qarşılanmayıb.

Belə ki, şərh bölməsinə "Tanımadığın qıza heç vaxt ilişmə. Kiminsə yanında fərqli olmaq üçün o qızı "tema" olaraq istifadə edib, artıq - əskik söhbətlər etmə. Ola bilsin o qız yaxının deyil, dostlarından kiminsə bacısı deyil. Amma hansısa yaxşı oğlanın bacısı ola bilər və ən əsası isə o qızdan sənində evində var. Evində yoxdursa, dayıngildə var, dayıngildə yoxdursa, əmingildə var, əmingildə yoxdursa, xalangildə var. Mütləq nəslində var... Buna görə də, hansısa qızın haqqında artıq - əskik danışmadan bunları düşünün" deyə, yazan Xanlarovaya "kriminal aləm"in üzvləri kimi danışdığını deyənlər olub.

Mənbə  Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31