Sosial

Kamal Abdulla vəzifədən qovduğu dekanla bağlı FAKTLARI açıqladı

12 Fevral 2019 13:42

Azərbaycan Dillər Universitetini keçmiş dekan Vüsalə Ağabəyli ilə bağlı bəyanat yayıb. Olaylar.az bildirir ki, universitet keçmiş dekan Vüsalə Ağabəylinin universitet rəhbərliyinə qarşı irəli sürdüyü iddiaların əsassız və böhtan xarakterli olduğunu bəyan edib: "Bildirmək istərdik ki, Azərbaycan Dillər Universitetinin filologiya və jurnalistika fakültəsinin dekanlığına 2018-ci ilin sentyabr-dekabr aylarında tələbələrdən daxil olmuş çoxsaylı müraciətlərə baxılmaması ilə əlaqədar filologiya və jurnalistika fakültəsində tədris və təlim-tərbiyə işinin təşkilinin öyrənilməsi ilə bağlı dekabrın 18-də komissiya yaradılıb.