Deputat: “Məhkəmələrdə dollar kreditləri ilə bağlı 200 minə yaxın iş var”
12 Fevral 2019 13:42 SosialDeputat Vahid Əhmədov Milli Məclisin iclasında problemli kreditlərlə bağlı məsələ qaldırıb. "Olaylar"ın məlumatına görə, o bildirib ki, narahatedici məsələlərdən biri də dollar krediti ilə bağlıdır: "İnsanların bu sahədə çox ciddi problemləri olduğu üçün Prezident İlham Əliyevdən xahiş edərdik ki, bu məsələyə də baxsın". Deputat bildirib ki, hazırda bu məsələlərlə bağlı məhkəmələrdə 200 minə yaxın iş var. V.Əhmədov xatırladıb ki, dollar krediti ilə bağlı həmkarı Əli Məsimli ilə birlikdə təkliflər hazırlayıb: "Yaxşı olardı ki, bu təkliflər nəzərə alınsın".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31