Sosial

Qulaqcıqla musiqi dinləmək bir milyarddan çox insanın eşitmə qabiliyyətini itirməsinə səbəb ola bilər

14 Fevral 2019 10:31

Smartfon və pleyerlərlə musiqini uca səslə dinləyən dünyanın 12-35 yaşlı əhalisinin təxminən yarısı (təqribən 1,1 milyard nəfər) eşitmə qabiliyyətini itirmək riski ilə üzləşə bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) martın 3-də qeyd edilən Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günü ərəfəsində bu qurğu istehsalçıları və istifadəçiləri üçün tövsiyələr dərc edib.

Azərbaycanda vəzifəli şəxs dəhşətli qəzada vəfat etdi - TƏFƏRRÜAT

14 Fevral 2019 10:28

Dünən Balakən rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Qasbinə kəndi ərazisində - Beşbulaq adlanan ərazidə Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Başar Saminin idarə etdiyi TIR ilə toqquşan “Toyota RAV4” markalı minik avtomobilində vəfat edən 1985-ci il təvəllüdlü Alqayev Samir Nurəddin oğlu Zaqataladan işdən gəlirmiş.

Vəzifəli ŞƏXSLƏR həbs edildi

14 Fevral 2019 10:21

“Instagram”da problemlər yarandı

14 Fevral 2019 10:13

“Instagram” sosial şəbəkəsinin dünya üzrə istifadəçiləri servisin işində problemlərin yaranması ilə üzləşiblər. Bu barədə populyar internet saytlarının işini izləyən “Downdetector” resursunun məlumatında deyilir. Portalın məlumatına görə, servisin fəaliyyətində texniki nasazlıqlar bir sıra Avropa, Şimali və Cənubi Amerika və Asiya ölkələrində müşahidə edilib.

Prezident evi uçan qadınla bağlı tapşırıq verdi - FOTO

14 Fevral 2019 10:04

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib. Sonra Prezident İlham Əliyev muzeyin yerləşdiyi parkda istirahət edən rayon sakinləri ilə görüşdü. Qadın sakin: Cənab Prezident, imkanım yoxdur, evim uçub, mənə kömək edin.

Qız qalası romantik beşlikdə

14 Fevral 2019 09:54

Qız qalası MDB-nin ən romantik yerləri reytinqinin ilk beşliyində yer alıb. Bunu "TurStat" analitik agentliyi bildirib. Reytinq yerlərin populyarlığına və internetdə rəylərin analizi nəticəsində təqdim olunub.

Mehriban Əliyevadan VACİB TAPŞIRIQ

14 Fevral 2019 09:52

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kimsəsiz, Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə yaşayan, Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən Nazilə Musayevanın müalicəsi üzrə müvafiq tapşırıq verib. Hazırda Bakıda xəstəxanaya yerləşdirilən N.Musayevanın əməliyyatı və gələcək müalicəsi ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən təmin olunacaq.

Bürclər - 14 fevral

14 Fevral 2019 07:45