Metroda PROBLEM yarandı - Qatar depoya göndərildi
14 Fevral 2019 09:54 SosialMetroda qatarların hərəkətində problem yaranıb."Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə metronun "İçərişəhər" stansiyasında baş verib: "Stansiyadan start götürən qatarda qəfil problem yaranıb. Nəticədə qatar platformadan 10 dəqiqə gec çıxıb. Bu da qatarların intervalında gecikməyə səbəb olub".Onun sözlərinə görə, nasazlıq yaranan qatar depoya göndərilib.Hazırda qatarlar 2 dəqiqə intervalla hərəkətlərini davam etdirir. (trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31