Sosial
Tələbələrin zəhərləməsində təqsirli bilinən şəxs məhkəmə qarşısına çıxarılır
Yasamal Rayon Məhkəməsində səhlənkarlıq nəticəsində Bakı Dövlət Universitetinin (BDU) iki tələbəsinin zəhərlənməsinə, bir tələbənin isə ölümünə səbəb olmaqda təqsirləndirilən Pərvaz Əsgərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. “Olaylar” xəbər verir ki, hakim Günel Ələkbərlinin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. Baxış iclası sentyabrın 25-ə təyin edilib.
Ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat təsdiqləndi
“Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat” təsdiq edilib. Bu təlimat xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair əlavə tələbləri tənzimləyir.
Yeni tədris ilində 1 574 206 şagirdin təhsil alacağı gözlənilir
2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206 şagirdin təhsil alacağı gözlənilir. Olaylar.az bildirir ki, şagirdlərin ümumi sayından 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165 511, IX sinfində 132734, XI sinfində isə 85044 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Yeni tədris ilinin ilk dərsləri Müəyyənləşdi
Yeni tədris ilində ilk dərslərin həsr olunacağı mövzular müəyyənləşdirilib.
Millət vəkili 600 baldan yüksək nəticə göstərən məzunları mükafatlandırıb
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının təşkilatçılığı ilə Yevlax rayonundan 2020-ci il tarixdə Ali məktəblərə keçirilən qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərən bir qrup məzunla online videoformatda görüş keçirilib.
AFAQ ASLANIN ERMƏNİ BLOGERLƏ DUBAY ƏYLƏNCƏSİ – VİDEO
TURAN ARAŞDIRMA MƏRKƏZİNƏ TƏŞƏKKÜR EDİRƏM… – DÖYÜŞÇÜ ŞAMAMA QULİYEVA (MÜSAHİBƏ)
Bir sinifdə oxudular, imtahanlarda eyni balı topladılar, eyni universitetə qəbul oldular - VİDEO - FOTO
Kürdəmir rayonunun Şilyan kəndində eyni sinifdə oxuyan Əhmədova bacıları ali təhsil ocaqlarına qəbul imtahanlarında iştirak edərək eyni bal toplayıblar.
Qız qalasının sirri açıldı – Qalanın kodu Quranın koduna bağlanır
Vilayət Eyvazov şöbə rəisini İŞDƏN ÇIXARDI
Azərbaycanda polis şöbələrindən birinin rəisi vəzifəsindən azad edilib.
Mayis Səfərli: “Təhsil sistemindəki 2 milyon insanın sıx təması yoluxmaların sayını sürətlə artıra bilər”
“Pandemiya səbəbindən tətbiq edilən sərt karantin qaydaları son aylarda dünyanın əksər ölkələrində xeyli yumuşaldılmağa başlandı.
Yeni tədris ilinin ilk dərsləri müəyyənləşdirildi
Yeni tədris ilində ilk dərslərin həsr olunacağı mövzular müəyyənləşdirilib. Olaylar.az bildirir ki, ilk dərslər I- IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunacaq.
Balkan riyaziyyat olimpiadasından 6 medal
9-13 sentyabr tarixlərində virtual formatda Yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadası (http://www.massee-org.eu/index.php/mathematical/jbmo/item/138-the-jbmo-2020-local-website) təşkil edilib.
"Dərs vaxtı"nın 14 sentyabr cədvəli
"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 14-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edir. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.













