Prezident Administrasiyasına dəvət olundu - 1 ay sonra vəzifəyə təyin edildi
22 Sentyabr 2020 10:45 SosialDaim yumoristik video dublyajlarla izləyicilər qarşısına çıxan Ərtoğrul Kamalov Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissor vəzifəsinə təyin olunub.
Bu barədə Ə.Kamalov feysbuk səhifəsində məlumat verib.
Qeyd edək ki, Ərtoğrul Kamalovun Nazirlər Kabineti yanında Operativ Qərargahla bağlı hazırladığı satirik videolar bir müddət öncə Prezidentin Köməkçisi tərəfindən müsbət qiymətləndirilmişdi. Brifinqlərin birində Prezidentin köməkçisi Hikmət Hacıyev onu Prezident Adminstrasiyasına dəvət etmiş və onunla şəxsən tanış olmaq istədiklərini vurğulamışdı. Daha sonra isə görüş baş tutmuşdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31