Sosial
Azərbaycan-İran sərhədində atışma - ÖLƏN VAR
İnsan hüquqları komitəsi də iş planını təsdiq etdi
Sentyabrın 17-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. “Olaylar” xəbər verir ki, Komitə sədri Zahid Oruc bildirilib ki, gündəliyə komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat, 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) daxil edilib.
Oktyabr-noyabr aylarında Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir? - AÇIQLAMA
Bir çox mütəxəssislər və Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, oktyabr və noyabr aylarında koronavirusun ikinci dalğası olacaq. Hətta oktyabr ayında Azərbaycanda karantin rejiminin yenidən sərtləşməsi ilə bağlı da fikirlər səsləndirənlər var. Ölkəmizdə həmin vaxt karantin rejimi yenidən sərtləşə bilərmi?
Məktəb direktorları ilə onlayn konfrans keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn konfrans keçirilib.
Sabir Rüstəmxanlı: “İnternetdən məhrum olan minlərlə şagirdə onlayn dərs tətbiq etmək olmaz”
Pandemiya ilə bağlı olaraq yeni dərs ilində onlayn təhsil sisteminə üstünlük verilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.
“Binə” Ticarət Mərkəzindən dövlətə vergi badalağı
Sahibkarlarla bağlı yoxlamaların aradan qaldırılması ölkədə vergidən yayınma hallarının artmasına səbəb olub. Vergidən yayınma halları ilə bağlı son zamanlar aparılan təhlillər göstərir ki, bu cür pozuntular daha çox ticarət, ictimai-iaşə, tikinti və hətta bəzi istehsal sahələrində dövriyyələrin azaldılması hallarına rast gəlinir.
BUNUN SONU YAXŞI GÖRÜNMÜR - Züleyxa Nadir yazır
Səhər-səhər oxuduğum xəbərdən çox məyus oldum. Taylanda baş verən ölüm hadisəsinin səbəbi onlayn təhsil olub. Telefonla dərs hazırlayan məktəbli qız olüb. Elektrikə qoşulu olan telefon partlayaraq yeniyetmə qızı yandırıb.
Baş infeksionist: "Karantin rejimi yumşalsın, toylar isə..."
Ötən müddət ərzində ölkəmizdə koronavirus pandemiyası ilə bağlı müəyyən ürəkaçan tendensiyanın şahidi oluruq. Yoluxma sayının azalması, sağalanların çox zaman üstünlük təşkil etməsi karantin rejimində yumşalma tədbirlərinə, bəzi sahələrdə işlərin bərpasına gətirib çıxardı. Lakin insanları qorxudan, təşvişdə saxlayan "ikinci dalğa" gözləntisi qalmaqdadır.
Şəkidəki “Karvansaray” Ləğv Olunur
Şəki şəhərinə yerləşən “Karvansaray” Mehmanxana Kompleksi ləğv olunduğunu elan edib.
Qeyts TARİX VERDİ: COVID-19 bu müddətdə bitəcək
“Microsoft” korporasiyasının qurucusu Bill Qeyts ABŞ-da koronavirusa qarşı peyvəndlənmənin vaxtını təxmin edib.
Ramiz Mehdiyevin ölüm xəbəri yayıldı - RƏSMİ AÇIQLAMA
Azərbaycanda məktəblər yenidən BAĞLANACAQ - AÇIQLAMA
“AzerGold” QSC yeni istiqrazlar buraxacaq
Ölkənin qeyri-neft sektorunun ən böyük ixracatçılarından olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilk dəfə olaraq dövriyyəyə istiqrazlar buraxacaq. “OLAYLAR”-a şirkətdən bildirilib ki, cəmiyyət tərəfindən dağ-mədən sektorunun stabil inkişafı və dünya bazarlarında qızıl və gümüşün qiymətinin kəskin artımı fonunda yüksək mənfəətli yeni istiqrazların tədavülünə hazırlıq görülür.
“Təhsil islahatları təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir”
Əhliman Əmiraslanov: “Təhsilin, insan kapitalının inkişaf etdirilməsi dövlət siyasətinin prioritetidir”
3 sərhəd keçid məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşdırılır
Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2020-ci il tarixli 1997 nömrəli Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba”, “Şirvanovka” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri aparılır. “OLAYLAR”-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hazırda marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yolun genişləndirilməsi üzrə kommunikasiya xətlərinin köçürülməsi, svayların vurulması və torpaq işləri həyata keçirilir.
.jpg)













