Deputat Musa Qasımlı seçiciləri ilə görüş Keçirib

 Millət vəkili Musa Qasımlı seçiciləri ilə görüş keçirib. “Olaylar” xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: “Bu gün Yardımlıda ofisimdə karantin rejiminin tələblərinə ciddi riayət etməklə bir neçə nəfər seçici ilə görüşüb istəklərini dinlədim.

Millət vəkili Musa Qasımlı seçiciləri ilə görüş keçirib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Bu gün Yardımlıda ofisimdə karantin rejiminin tələblərinə ciddi riayət etməklə bir neçə nəfər seçici ilə görüşüb istəklərini dinlədim. Vətəndaşlar rayonda qaz, su və yol məsələlərinin həllinin sürətləndirilməsinə köməklik göstərməyi xahiş etdilər. Görüşdə rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Azər Xamiyevin də iştirak edirdi. Daha sonra rayon Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkdim və ayaqüstü bir neçə sakinlə görüşdüm. insanlar cənab Prezidentimiz İlham Əliyevin bu  şəraitdən çıxmaqdan ötrü qəbul etdiyi qərarları bəyəndiklərini bildirdilər. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, şəhər küçələrinin təmirinin davam etdirilməsini görmək də xoş oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31