Karantini pozan çay evinin sahibi cərimələndi

 Karantin rejimi qaydalarını pozan ictimai-iaşə obyekti aşkarlanıb. Bu barədə “Olaylar”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Karantin rejimi qaydalarını pozan ictimai-iaşə obyekti aşkarlanıb. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan ictimai-iaşə obyekti aşkar edilib. L.Məmmədbəyli küçəsində yerləşən "041 Lounge" çay evinin qapalı otaqlarında "playstation" oyunları oynanılaraq xüsusi karantin rejimi qaydalarının pozulması müəyyən olunub. Obyektin sahibi və orada olan 4 müştəri polis bölməsinə dəvət olunublar. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokollar tərtib edilib. Sahibkarlıq obyektinin sahibi və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31