Sosial
Bərdə terroru ilə bağlı 6 dildə videoçarx hazırlanıb
İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Azərbaycanın qədim tarix və mədəniyyət mərkəzlərindən biri olan Bərdədə 27 nəfər həlak olub, 105 nəfər yaralanıb. Baş Prokurorluğun mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü: 596 yeni yoluxma
"Qarabağın məşhur müəllimləri" - Əhməd bəy Ağaoğlu
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Əhməd bəy Ağaoğludur. O, 1869-cu ildə Şuşa şəhərində doğulub. Əhməd bəy 1896-cı ildə #Şuşa Realnı məktəbinə fransız dili müəllimi təyin olunub. O, Şuşada ilk dəfə qiraətxana-kitabxana açıb. Parisdə təhsil görmüş, Avropa mədəniyyətini mənimsəmiş Əhməd bəy Şuşada müəllimlik etdiyi dövrdə uşaqların dünyəvi təhsilə marağını artırmağa çalışıb.1897-ci ildə Əhməd bəyin həyatının Bakı dövrü başlayıb. O, Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gəlib, məktəblərdən birində fransız dilinin tədrisi ilə məşğul olub. 1925-ci ildə Əhməd bəy qurucusu olduğu Ankara Yüksək Hüquq məktəbində dərs deməyə başlayıb.
Sabirabad sakinindən 7 kq marixuana götürülüb
Soyuq hava koronavirus xəstəliyinin gedişini daha da ağırlaşdıra bilər - TƏBİB
Məktəb direktorları ilə onlayn görüş keçirilib
Sabah mülayim şimal küləyi əsəcək
Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə noyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.














