Sosial
Nazirlik xəbərdarlıq edir - Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir
Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə noyabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Ölənlərin sayı 1300-ə çatır - Ermənistanda dəhşətli vəziyyət
Ermənistanda son sutka ərzində 1 328 nəfərə COVID-19 diaqnozu qoyulub.
Binəli Yıldırım Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının keçmiş Baş Naziri Binəli Yıldırım noyabrın 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül qoyub.“Olalar”ın xəbərinə görə, sonra Şəhidlər xiyabanına gələn qonaq ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, onların məzarlarının üzərinə və “Əbədi məşəl” abidəsinin önünə gül düzüb.
Qənirə Paşayeva İsranuru Azərbaycana dəvət etdi
BŞTİ-də vətəndaşların qəbulu dekabrın 1-dək dayandırılır
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il dekabrın 1-dək fəaliyyətini dayandırıb.
Gürcüstanın Qaraçöp mahalında yaşayan soydaşlarımızdan Ordumuza dəstək
Gürcüstanın Qaraçöp mahalında yaşayan soydaşlarımız hər zaman ölkəmizin və xalqımızın yanında olduqlarını bəyan ediblər
Nazirlik beynəlxalq konvensiyaların katibliklərinə müraciət etdi
Təcavüzkar Ermənistan 30 ildir işğal altında saxladığı Azərbaycan ərazilərində təbiət abidələrinə, bioloji müxtəlifliyə, meşə sahələrinə, yeraltı və yerüstü təbii sərvətlərə ciddi zərər vurmaqla böyük miqyaslı ekoloji terror aktları törədir. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova Olaylar.az-a bildirib ki, son günlərdə işğalçı Ermənistan dövləti döyüş bölgəsindən kənarda yaşayan mülki əhaliyə, ekoloji mühitə, təbii sərvətlərə, regionun ümumdünya əhəmiyyətinə malik bioloji müxtəlifliyinə, zəngin meşə sahələrinə yenidən qəsd etməyə başlayıb.
“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlandı
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN xidmət indeksi” üzrə 2019-2020-ci il qiymətləndirmə nəticələrinə dair onlayn təqdimat keçirilib.
Gəncə terrorunda hər iki valideynlərini itirmiş uşaqlara psixioloji yardım göstərilib
Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ağır artilleriya və raket hücumları nəticəsində hər iki valideynlərini itirmiş uşaqlara Müvəkkilin təşəbbüsü ilə psixioloji yardım göstərilib
Məktəb binasına mərmi düşüb
Ötən gün Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Mahrızlı kəndi atəşə tutulub. Olaylar.az bildirir ki, nəticədə Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinə ciddi ziyan dəyib, tədris binasının bir korpusu tamamilə dağılaraq yararsız vəziyyətə düşüb.
"Dərs vaxtı"nın 3 noyabr cədvəli
Olaylar.az "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 3 noyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edir.
Noyabrın 11-dən Təhsil Nazirliyinə müraciətlərin qəbulu dayandırılacaq
Qarabağda ucalan üçrəngli arzu - VİDEO
Nazirlikdən tələbələrə və təhsil müəssisələrinə XƏBƏR
Noyabrın 11-dən Təhsil Nazirliyi tərəfindən https://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərin qəbulu prosesi dayandırılacaq. Müraciətlər üçün son tarix 10 noyabr nəzərdə tutulur. Olaylar.az bildirir ki, tələbələrin qeyd edilən tarixədək https://e-telebe.edu.az elektron portalına müraciətlərini yekunlaşdırması, natamam müraciətləri tamamlayaraq təsdiq etməsi xahiş olunur. Təhsil müəssisələri tələbələrin bu barədə təkrar məlumatlandırılmasını təmin etməli, müraciətlərə müəyyən edilmiş qaydada baxmalı, hüququ yaranan tələbələr üzrə müraciətləri təsdiq etməlidir.



.jpg)








.jpg)

