Cənnətə  gedən  yolun mübarək!

Əsrlər boyu dillərə dastan olacaq bir qələbəmizin şahidi olduq.  30 ildir ki, həsrətiylə yandığımız torpaqlarımıza qovuşduq. Bu həsrətin bitməsi vətənə olan məhəbbət hissini, Vətən sevgisini öz canlarından üstün tutan şəhidlərimizin sayəsindədir.

Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. 

Onlar öz qanlarıyla tarix yazdılar. Biz bu gün azad Qarabağdanıq deyə biliriksə, şəhidlərimizin igidliyinin, mərdliyinin bəhrəsidir.

Tarixə adını yazdıran şəhidlərimizdən biri  də Quliyev Daşqın Nəcməddin oğludur. 2001- ci ildə Şabran rayon Rəhimli kəndində anadan olub. Evin tək oğlu idi. İki bacısı var.  Orta məktəbi bitirdikdən sonra hərbiyə yollanan şəhidimiz əsgərlər arasında öz şücaəti il seçilib. 27 sentabrda başlayan Qarabağ müharibəsinin fəal iştirakçısı olub.  Oktyabrın 16-sı Füzulidə gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şuşaya bayrağı sancmaq ən böyük arzusu olub. Bu  ona  qismət  olmasa  da  indi  Şuşamız Azərbaycanın  bayraqlarına  bürünüb.Sən  Şuşaya  gedə  bilmədin...amma... Cənnətə  gedən  yolun  mübarək!

Ülkər  Abdurahmanlı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31