Şəhidliyin  Pərviz  adı

Sentyabrın  27-dən  başlayaraq  Azərbaycan ordusu cəbhədə tarix yazdı. 30 illik həsrətə son qoymaq üçün igid oğullarımız canlarından belə keçməyə hazır olduqlarını nümayiş etdirdilər.

Düşmənə layiqli cavab verərək geri otuzdurdular. Belə igidlərə bütün ömrümüz boyu borcluyuq. Saymaqla bitməyən qəhramanlarımızdan  biri də Neftçala rayonunda dünyaya göz açan Məmmədli Pərviz Həsən oğludur. İbtidai təhsilini Neftçala rayonunda alan Pərviz  uşaq yaşlarından boks və karate üzrə hazırlıqlara gedir. Hərbiyə böyük marağı olub. Humanitar təmayüllü liseyi bitirdikdən sonra sənədlərini  H.Əliyev adına Ali Hərbi məktəbinə təqdim edir. Bu dəfə şans onun üzünə gülməsə də  ruhdan düşmür. 2014-cü ildə  hərbi xidmət üçün ordu sıralarına çağırılır.

Hərbi xidmətdə  uğurlar qazanır  və rabitə bölüyündə xidmətə başlayır. Xüsusi təyinatlılar tərəfindən yüksək qiymətləndirilir. 6 ay ağır təlimlər keçir. 2016-cı ildə Aprel döyüçlərində bud nahiyəsindən yaralanır. 2 dəfə əməliyyat olunsa da ağrıları çox olur. Buna baxmayaqraq cəbhəyə yenidən yollanır. 2020-ci il sentyabr döyüşlərində Füzuli, Cəbrayıl istiqamətlərində uğurlu əməliyyatlar aparır. Əsgərimiz Laçın dəhlizində postu  alarkən snayperlə  vurulur və  şəhidlik zirvəsinə ucalır.  Neftçala rayonunda torpağa tapşırılır. Şəhidimizin  bir övlad yadigarı qalıb.

Lalə Mənəfova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31