Sosial

Təhsil naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü

19 Noyabr 2020 10:32

Təhsil naziri Emin Əmrullayev Beynəlxalq Türk Akademiyasının ölkəmizdə səfərdə olan prezidenti Darxan Kıdırəli ilə görüşüb. Olaylar.az bildirir ki, görüşdə Təhsil Nazirliyi və Beynəlxalq Türk Akademiyası arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Azərbaycan xalçalarının virtual sərgisi təşkil olundu

19 Noyabr 2020 10:30

Azərbaycan xalçalarının UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi ilə bağlı virtual sərgi təşkil olunub. Olaylar.az bildirir ki, 2010-cu ildən bu siyahıya daxil edilən Azərbaycan xalçaları dekorativ tətbiqi sənətin nadir incilərindən sayılır və öz qədimliyi ilə seçilir. Respublikamız dilbər guşələri öz füsunkar təbiəti, mili-mədəniyyət nümunələri, qədim abidələri ilə yanaşı həm də nəfis xalçaları ilə dünyada tanınır.

Qanunsuz ov edən şəxs saxlanıldı - 2000 manat məbləğdə cərimələnib

19 Noyabr 2020 10:28

Nadir və qiymətli şahin quşlarının tutularaq ölkədən xaricə satılmasına dair brakonyerlik fəaliyyəti barədə daxil olmuş operativ məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən dərhal nəzarətə götürülüb, müvafiq qaydada izləmə prosesləri aparılıb.

İşğaldan azad olunmuş ərazilərimizin iqtisadi və investisiya potensialı beynəlxalq sərgidə nümayiş olunur

19 Noyabr 2020 10:26

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi və investisiya potensialı “Qarabağ Azərbaycandır” (“Karabakh is Azerbaijan”) stendində bu gün İstanbulda öz işinə başlamış “MUSİAD Expo 2020” Sərgisində nümayiş olunur. “Olaylar” xəbər verir ki, Azərbaycan indiyədək müxtəlif ölkələrdə təşkil olunmuş beynəlxalq sərgilərdə iştirak etsə də, ilk dəfədir ki, “Qarabağ Azərbaycandır” qələbə şüarı ilə dost və qardaş Türkiyədə keçirilən beynəlxalq sərgidə iştirak edir.  İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə qurulmuş “Qarabağ Azərbaycandır” stendi Qarabağın incisi olan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa Məscidinin formasında dizayn edilib.

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

19 Noyabr 2020 10:25

Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata əsasən yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Qanunsuz ov edən şəxs cəzalandırıldı

19 Noyabr 2020 10:10

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın “Qumbaşı” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

"Dərs vaxtı"nın 19 noyabr cədvəli

19 Noyabr 2020 10:05

Olaylar.az "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 18-u üçün nəzərdə tutulan cədvəlini təqdim edir. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Qarabağ qazisindən rüşvət istəyən vəzifəli şəxs saxlanıb

18 Noyabr 2020 15:07

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərkən xəsarət almış şəxslərin sosial və hüquqi müdafiəsinin təmin edilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün ölkə rəhbərliyi tərəfindən həyata keçirilməkdə olan ardıcıl və kompleks islahatlara baxmayaraq, öz şəxsi maraqları naminə vətəndaşların hüquqlarını pozan, xidməti vəzifələrindən sui-istifadə etməklə onlara süni maneələr yaradan vəzifəli şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə prokurorluq orqanları tərəfindən həyata keçirilən qətiyyətli tədbirlər davam etdirilməkdədir.

Azərbaycanda 25 nəfər COVID-19-dan öldü

18 Noyabr 2020 14:46

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 239 yeni yoluxma faktı qeydə alınıb, 1 217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Yol-nəqliyyat hadisələrinin sayı azalıb

18 Noyabr 2020 14:31

2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

"Qarabağ Azərbaycandır!" onlayn beynəlxalq uşaq rəsm müsabiqəsinə start verildi

18 Noyabr 2020 14:30

Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır!" adlı onlayn beynəlxalq uşaq rəsm müsabiqəsinə start verilib. Müsabiqə 2020-ci ilin 18 noyabr - 29 dekabr tarixlərində keçiriləcək. Olaylar.az bildirir ki, müsabiqənin keçirilməsində məqsəd Qarabağın işğaldan azad olunmuş şəhər və kəndlərini uşaq və gənclərə tanıtmaq, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq və hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, uşaqların ev şəraitində asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.