Süleyman peyğəmbər və Qarabağ

Süleyman peyğəmbər və bir uşaq üstündə dalaşan iki qadınla bağlı verdiyi müdrik qərar haqda çoxlarının bildiyi bir rəvayət var.
Bildiyimiz kimi o qadınlara təklif etmişdi ki, uşağı iki yerə bölsünlər və hərəsi bir hissəsini özünə götürsün. Qadınlardan biri o saat razılaşdı ki, bölün uşağı ,heç kimə qalmasın.İkinci qadın isə (uşağın əsl anası ) fəryadla qışqırdı: "Qoy o qadında qalsın, təki onu öldürməyin!"
Bu rəvayət mənə qəribə də olsa ermənilərlə azərbaycanlıların  Qarabağa münasibətini xatırladır. Birincilər o qadın kimi torpağı "öldürməy"ə razıdırlar ki, heç kimə qalmasın. Elə buna görə də onlar meyvə ağaclarını doğrayır,evləri yandırır ,hətta elektrik dirəklərini  də özləriylə aparırlar. Onlar nə üçün belə edirlər? Çünkü bilir lər ki ,bu torpaq onların deyil. Ona görə də bu torpağa o rəvayətdəki qadın  özgə uşağa baxan kimi baxırlar: "Qoy bu torpaq heç kimə qismət olmasın!" Bu onun göstəricisidir ki,onlar bu torpağı heç vaxt özlərininki saymayıblar.
Azərbaycanlılarınsa bu torpağa fərqli münasibəti var. Hətta ermənilərin silah gücünə onları öz torpaqlarından çıxardıqları zaman azərbaycanlıların ağlına da gəlməzdi ki,evlərə od vursunlar, ağacları doğrasınlar. Görəsən səbəb nədir?
Çünki azərbaycanlılar öz doğma torpaqlarında yaşayırdılar və ona öz balası kimi baxırdılar. Həmisə də 100 faiz əmin olublar ki, geri dönəcəklər. Budur hər iki xalqın Qarabağa olan münasibətindəki fərq.
Buna görə də biz bu günlər oradan dəhşətli və utancverici kadrları gorürük. Bu torpaq minnətdarlıq əvəzinə onu tərk edən ermənilərdən qarğış eşidir. Amma onlara imkan verilmişdi ki, əşyalarını toplasınlar və sakitcə vidalaşsınlar. 
Azərbaycanlıları otuz il əvvəl ordan qovanda onlara yığışmağa cəmi bir neçə saat verilmişdi. Sonra da xaincəsinə arxadan  atəşə tutulmuşdular. Burda söhbət təkcə torpağa sən getmir. Məsələ mərdlikdə və alçaqlıqdadır. Birilərinin axmaqlığı, digərlərininsə müdrikliyindədir.
Ruslan Tusupbekov
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31