Qanunsuz ov edən şəxs cəzalandırıldı
Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın “Qumbaşı” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
19 Noyabr 2020 10:10 SosialQızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın "Qumbaşı" postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Biloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova Olaylar.z-a bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran rayon Liman şəhər sakini Əhəd Abbasov olduğu məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31