İnsanlığın bəlası: İnsan alveri qurbanları...

İnsan alveri müasir dövrün ən aktual problemlərindən biridir. Cinsi istismar, məcburi əmək, borca görə köləlik, uşaq əməyinin istismarı, "ev" köləliyi, dilənçilik, insanların silahlı qruplaşmalarda məcburi işlədilməsi, orqan transplantasiyası məqsədi ilə insan alveri - bütün bunlar eyni dəhşətli cinayətin fərqli növləridir. İnsan alveri bir çox dünya ölkələrində baş verən qlobal hadisədir. İnsan alverinin qurbanları kişi, qadın və həm də uşaqlar ola bilər. İstismara ən çox məruz qalanlar isə gənc qadın və cavan qızlar olur ki, onlar da əsasən seksual istismara məruz qalırlar.
Ekspertlərin müşahidələrinə əsasən, qadınların insan alverinə məruz qalmasına əsas səbəblər - onların təhsil almasına, işə düzəlməsinə və özünə güvənməsinə mane olan olan savadsızlıq, yoxsulluq və gender bərabərsizliyi faktorlarıdır.
İnsan alveri ümumiyyətlə ağır cinayət və insan hüquqlarının pozulması hesab olunur. İnsan alveri həm beynəlxalq hüquqda, həm də ölkəmizin qanunvericiliyində bu cür səciyyələndirilib. İnsan alveri müasir quldarlığın bir formasıdır. Bu cinayət əməli insan alverini həyata keçirən şəxs (alverçi) zorakılıq, məcburiyyət və ya dələduzluq yolu ilə başqa şəxsi cinsi zorakılığa və ya başqa şəxsi işə götürməyə və ya müəyyən mənfəət əldə etmək məqsədi ilə müəyyən xidmət göstərməyə məcbur etdikdə törədilir. İnsanın bir yerdən başqa yerə daşınması da insan alveri sayıla bilər, lakin bu o demək deyil ki, hər bir belə hal bura daxil edilməlidir. Şəxslərin yaşadıqları şəhərdə istismar edilib-edilməməsindən və ya istismar məqsədi ilə başqa yerə aparılmalarından, habelə şəxslərin əvvəllər insan alveri ilə məşğul olmağa razılıq verib-verməməsindən və ya cinayət törətməkdə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq, insan alverinin qurbanı olduğunu söyləmək olar.
İnsan alveri müasir köləliyin bir formasıdır. Öz mənfəəti naminə pul qazanmaq üçün başqasını istismar edən şəxsin törətdiyi cinayətdir. İnsan alverçiləri nəzarəti əldə etmək üçün qurbanlarının zəifliyindən istifadə edirlər. Onlar tez-tez fiziki və ya psixoloji zorakılıqdan istifadə edir və qurbanın azadlığını məhdudlaşdırırlar. Onlar həmçinin qurbanlarını iqtisadi cəhətdən asılı saxlaya bilərlər və ya sadəcə onların həssas vəziyyətindən istifadə edə bilərlər. İnsan alverçiləri təkbaşına və ya cinayət şəbəkəsinin bir hissəsi kimi fəaliyyət göstərə bilərlər.
İstənilən fərd insan alverinə məruz qala bilər: kişilər, qadınlar, böyüklər və ümumiyyətlə bütün millətlərdən olan insanlar. Bu səbəbdən baş verə biləcək vəziyyətdən özünü qoruya bilmək üçün bu mövzu haqqında insanların maariflənməsi vacibdir.
İlk növbədə qeyd etmək lazımdır ki, insan alveri müxtəlif formalarda baş verə bilər. Bəs bunlar hansılardır?

1. Cinsi istismar: Cinsi zorakılığın qurbanları zorakılığa pul qazanmaq üçün cinsi xidmətlər göstərməyə məcbur edilir. Sui-istifadə edən şəxs qurbanlarını mal, pul və ya daha yaxşı həyat vədləri ilə məcbur edə, manipulyasiya edə və ya inandıra bilər. Bu, təkcə əxlaqsızlıq sahəsində deyil, həm də cinsi xidmət sənayesində, müşayiət xidmətlərində və internetdə belədir.

2. Əməyin istismarı: Qurbanlar qeyri-insani şəraitdə işləməyə məcbur edilirlər: çox uzun saatlar, pis iş şəraitində, az və ya ümumiyyətlə heç bir ödənişlə işləmək. Onlar tez-tez cəmiyyətdən təcrid olunurlar və yaxud yemək, sığınacaq, səhiyyə xidmətlərinə çıxış və sosial əlaqələr üçün işəgötürənlərindən asılıdırlar. Əmək istismarı qurbanları demək olar ki, bütün sektorlarda (restoran, kənd təsərrüfatı, tikinti və bir çox başqa sahələrdə) işləyə bilərlər.

3. Cinayət törətməyə təhrik etmə cinayəti: Cinayət törətməyə təhrik qurbanları öz iradələri olmadan başqasının xeyrinə cinayət törətməyə məcbur edilirlər. Sui-istifadə edən şəxs zorakılıqdan, aldatmadan, narkotik vasitələrdən sui-istifadədən və ya borcdan istifadə edərək qurbanlarının üzərində nəzarəti ələ keçirir və onları qanunsuz hərəkətlər etməyə məcbur edir. Belə hallar tez-tez yeniyetmə dəstələrində müşahidə olunur.

4. Diləndirmək: Qurbanlar adətən ailənin, icmanın və ya şəbəkənin üzvü olan sui-istifadəçinin xeyrinə diləndirilir. Bu insanlar daimi nəzarət və təzyiq altında olur, kifayət qədər pul toplamadıqları halda zorakılığa və təhdidlərə məruz qalırlar.

5. Orqan alveri: Qurbanlar bədən hissələrinə görə zorakılığa məruz qalırlar. Sui-istifadə edənlər qurbanlarını aldadırlar və yaxud zorakılıqla az miqdarda pul müqabilində orqanlarını "satmağa" məcbur edirlər və alınan orqanları böyük gəlirlər üçün yenidən satırlar.

Təkcə ölkəmizdə deyil, ümumiyyətlə dünyada bu mövzuya xüsusi diqqət ayrılır və müəyyən qanunlarla insan alveri qurbanlarının hüquqlarıtəmin edilməyə çalışılır.
İnsan alverçilərinin pəncəsindən qaçan qurbanlar çox vaxt özlərini çox təhlükəli və həssas vəziyyətdə tapırlar. Aldıqları psixoloji travma və fiziki xəsarətlərlə yanaşı, insan alveri qurbanlarının dolanışıq vasitələri olmaya bilər, öz ölkələrinə qayıtmaq üçün lazımi sənədlər və resurslar olmadan qeyri-qanuni miqrasiya statusunda ola bilər və özlərinə və ya ailələrinə qarşı repressiyalardan qorxa bilərlər. Konvensiyaya əsasən, tərəflər qurbanların təhlükəsizlik və müdafiə ehtiyaclarını nəzərə alaraq, onların fiziki, psixoloji və sosial cəhətdən bərpasına kömək etmək üçün tədbirlər görməlidirlər. Bu tədbirlər insan alverinə məruz qalmış bütün qurbanlara (qadınlar, kişilər və uşaqlar da daxil olmaqla) ayrı-seçkilik edilmədən, istismar formasından və istismarın baş verdiyi ölkədən asılı olmayaraq, ölkə daxilində və ya ölkələr arasında, maddəyə uyğun olaraq tətbiq edilir.
Konvensiyanın 3-cü maddəsinə görə, o, həssas şəxslərin və uşaqların xüsusi ehtiyaclarını nəzərə almaqla, məlumatlandırılmış razılıq ilə təmin edilməlidir. Konvensiyanın 12-ci maddəsinin 1-ci və 2-ci bəndləri iştirakçı dövlətlərin insan alverinin qurbanı olmasına "inanmaq üçün ağlabatan əsaslar" olan şəxslərə (yəni, qurbanın şəxsiyyətinin müəyyən edilməsi prosesi başa çatmamışdan əvvəl) təmin etməli olduqları dəstək tədbirlərini müəyyən edir. Bu tədbirlər həmçinin Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulduğu kimi, hər hansı yaşayış icazəsi verilməzdən əvvəl ən azı 30 gün ərzində sağalma və düşünmə dövründə qeyri-qanuni vəziyyətdə olan xarici qurbanlara da şamil edilir.
Tədbirlərin məqsədi "qurbanların fiziki, psixoloji və sosial bərpa proseslərində kömək etməkdir". Buna görə də səlahiyyətli orqanlar bu məqsədin spesifik xarakterini nəzərə alaraq bu cür dəstək tədbirləri üçün işlər həyata keçirməlidir. Müqavilədə qanunla və minimum olaraq təmin edilməli olan müddəalar olmalıdır. Qurbanlara öz yaşayışlarını təmin etməyə imkan verən həyat standartları (o cümlədən müvafiq və təhlükəsiz mənzil, psixoloji və maliyyə dəstəyi), təcili tibbi yardım, tərcümə xidmətləri, məsləhət və məlumat xidmətləri, cinayət təqibi zamanı qurbanların hüquqlarının təmsil olunmasına dəstək qanun pozucuları və uşaqların təhsilə çıxışı da daxil olmaqla, dəstək tədbirlərinin minimum siyahısı nəzərdə tutulur. Tərəflər əlavə dəstək tədbirləri təqdim etməkdə sərbəstdirlər.
İnsan alveri cinayəti ilkin insan hüquqlarının pozulması ilə başlayır, daha sonra ölkəmizdə çox mühüm yer tutan ictimai quruluşun əsasını təşkil edən ailə və mənəvi quruluşu pozur, daha sonra isə dövlətin və millətin milli maraqlarını təşkil edən ölkənin ümumi təhlükəsizlik və ümumi sağlamlıq siyasətinə zərbə vurur. Bu cinayətin yayılması ilə cinayətkar təşkilatlar və qeyri-qanuni strukturlar külli miqdarda qanunsuz və qeydiyyatdan keçməyən pul vəsaitlərinə malikdirlər.
İnsan alveri işlərində məcburi fahişəlik və ya cinsi istismar müxtəlif cinsi yolla keçən xəstəliklərin yayılmasında fəal rol oynayır. Bu vəziyyət də dünyada insan alverinin yüksək yayıldığı ölkələrdə ölkənin resurslarının zədələnməsinə və nəticədə cəmiyyətin rifah səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Göründüyü kimi, hər şeydən əvvəl maarifləndirmə tədbirlərinin artırılmasına ehtiyac var. Bu cinayətlə mübarizənin yollarından biri də qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi, insan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəldilmiş proqramların hazırlanması və həyata keçirilməsidir. İnsan alverinin potensial qurbanlarının ictimai faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi vacib şərtdir.
Təkcə cəmiyyətdə deyil, potensial qurbanlar arasında da maarifləndirmə və təbliğat işinin təşkili mütləqdir. Qurbanlar onları gözləyən təhlükə, müdafiə tədbirləri, hüquqi baza barədə məlumatlı olmalıdırlar.
Və ən əsası, təhsildən yayınan uşaqların aşkar edilməsi, onların təlim və tərbiyəsinə diqqət edilməsi çox vacibdir. Cəmiyyətin qazandığı hər bir yeniyetmə bir qurbanın azalması deməkdir.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31