Rusiyanın 1nömrəli düşməni DƏYİŞDİ – Artıq ABŞ deyil

Rusiya ilə ABŞ münasibətlərini getdikcə yaxşılaşdırdığına görə, Vaşinqton Moskva üçün bir nömrəli düşmən olmaqdan çıxıb. İndi Amerikanın yerini Böyük Britaniya tutur.

Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" yazır.

Nəşr xatırladır ki, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə yaxınlaşmağa və Ukraynada sülhün bərqərar olmasında vasitəçi olmağa çalışır.

Agentlik hesab edir ki, Britaniya hazırda Rusiyanın bir nömrəli düşməni statusundadır.

Bundan başqa, Kreml Avropa İttifaqına, xüsusən də ölkənin nüvə arsenalı ilə bağlı bəyanatlarına görə Fransaya aqressiv ritorikasını gücləndirib. (Teleqraf)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31