Qazax şairinin “Qarabağ”ı
10:49 SosialQardaş Qazaxıstanın yeni nəsil şairlərindən Sayat Kamşıgerin "Qarabağ" poeması Bakıda - "CN-Poliqraf"da gün üzü görüb (İSBN: 978-9952-013-79-5).
Xəzərin o tayındakı qardaşımızın "Qarabağ"ı yazması, poemanın Qazaxıstan mətbuatında yayınlanması, Azərbaycanda kitablaşdırılması Qazax-Azərbaycan ədəbi-mədəni bağlarına ydni bir töhfədir. Bu işin məzmunu və səciyyəsi ümumən Türk dünyasının mədəni və ədəbi bağlarına töhfə dəyərindədir. "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyi (RHİMİB) ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) birgə təşəbbüsü ilə ərsəyə gələn bu kitab, Qazaxıstan-Azərbaycan dostluğunun, qardaşlığının poetik təcəssümüdür.
Azərbaycanın milli tarixini, Qarabağın qurtuluş və qürur yolunu, şəhidlərimizin qəhrəmanlığını, eləcə də, türk birliyini tərənnüm edən bu poemahəm də, hiss və duyğuların poetik toplusudur. Sayat Kamşıger, DGTYB-nin dəvəti ilə Azərbaycana səfəri zamanı Qarabağ (ümumən Azərbaycan) həqiqətləri ilə yaxından tanış olub, sonra bu mövzuda bir əsər yazacağına dair vədini yerinə yetirərək, "Qarabağ" poemasını qələmə alıb.
Əsərin Azərbaycan dilinə uyğunlaşdırılmasını tanınmış şair-publisist Elşən Əzim, redaktəsini isə Prof.Dr. Rəsmiyyə Sabir həyata keçirib. Layihənin rəhbəri, Qazaxıstanın Uluslararası "Alaş" Ədəbi Mükafatının laureatı Əkbər Qoşalı, önsöz müəllifi RHİMİB başqanı Arzu Bağırova, rəyçilər DGTYB başqanı İntiqam Yaşar ilə Tariyel Əhmədov, koordinatorlar Nilufər Lətif və Etibar Muradxanlı, dizayneri Cəsarət Qasımovdur.
Yaradıcı heyət kitabın, Qarabağın tarixi, mədəniyyəti və qurtuluş yolunu oxuculara çatdırmaqla yanaşı, Qazaxıstan və Azərbaycan arasında ədəbi, mədəni-mənəvi bağların güclənməsinə töhfə verəcəyinə inanır.
Yenicə gün üzü görən, Azərbaycan və qazax oxucuları arasında rəğbət qazanacağına inanılan "Qarabağ"ın Azərbaycanda və Qazaxıstanda tanıtımı nəzərdə tutulub.
https://www.facebook.com/share/12HCSh2eRK1/?