Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
6 May 2024 10:08 SosialYüksək hərarət, səpki, boğaz ağrısı...
Olaylar.az Xəzər TV-yə istinadən xəbər verir ki, son vaxtlarda uşaqlardakı bu cür simptomlarla bağlı müraciət edənlərin sayında artım müşahidə olunur. Bunu Uşaq xəstəlikləri üzrə mütəxəssis Elşən Tağıyev bildirir.
Mütəxəssis bildirib ki, qızılcayla oxşar simtomları olan bu xəstəliyin müalicəsində antibiotiklərdən istifadə edilməlidir. Streptakok adlı bu infeksiya ağır xəstəlik deyil, lakin bəzən ağırlaşmalar yarana bilər. Bu ağırlaşmalar revmatizma və böyrəklərdə fəsadlarla özünü büruzə verə bilər.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən 10 saylı uşaq poliklinikasından bildirilib ki, uşaqlarda olan yüngül boğazağrısı belə gözardı edilməməli, aidiyyəti üzrə poliklinikaya müraciət olunmalıdır.