Daha 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edildi
3 May 2024 16:57 SosialYeni dövlət qeydiyyatına alınan 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib.
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyindən Olaylar-a verilən xəbərə görə, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) "Şuranın qərarları" bölməsində tanış olmaq olar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31