“WhatsApp”da daha bir yenilik: Foto və videoya...
2 May 2024 14:24 Sosial"WhatsApp" messencerində media fayllarına baxarkən reaksiyalar təyin etməyə imkan verən yeni funksiya olacaq.
Olaylar.az xəbər verir ki, bu barədə "WhatsApp" portalı məlumat yayıb.
Qeyd olunur ki, tətbiqin "Android" əməliyyat sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş beta versiyasında istifadəçiyə baxış ekranından çıxmadan foto və ya videoya reaksiya verməyə imkan verən variant olacaq.
Portal tərtibatçılarının fikrincə, bu funksiya istifadəçilərin vaxtına qənaət edir və tətbiqi onlar üçün daha rahat edir. Yeni funksiyaya malik versiyanın yaxın vaxtlarda daha çox insanın istifadəsinə veriləcəyi bildirilir. (publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31