Dublyaj qazancdan nəsibini ən az alan sahədir- ÖZƏL
2 May 2024 13:48 SosialAzərbaycanda dublyaj sahəsinin gəliri və dublyaja yetəri qədər qiymət verilməməsinin səbəbləri ilə bağlı suallarımızı rejissor, dublyaj aktyoru Kamal Yaşar cavabladı:
-Əslində, mədəniyyətin bir çox sahəsi belə idi. Məsələn aktyorların qonorarı bir neçə il öncəyə qədər olduqca simvolik idi. Dublyaj isə kütləvi yox, spesifik sahə olmağına baxmayaraq qazancdan nəsibini ən az alan sahədir. Tək səsləndirmə sifarişlərinin, reklam, anons oxunuşlarının səsi dublyajdan qat-qat normaldır. Dublyaj isə bunlardan bir az daha çətin olmasına baxmayaraq qazancı yox kimi bir şeydir. Amma artıq bunların dəyişilməsi üçün də müəyyən işlər görülür və yəqin ki, gec olmadan müəyyən qanun layihələrinin qəbulunu, tətbiqini görəcəyik. İstənilən sahədə problemin olması normaldır. Amma problemin rutin normativə çevrilməsi anormaldır. Səbəblərinin nə olmasından asılı olmayaraq əsas olan budur ki, bu mövzu aidiyyatı qurumların diqqət mərkəzindədir və çarəsi tapılacaq. Bizim işimiz sadəcə bir yaradıcı formada xatırlatmaq idi, vəssalam. Gerisi rəsmi qurumların işidir və bu da öz həllini tapacaq.Olaylar.az