Abituriyentlərə XƏBƏRDARLIQ - DİM çağırış etdi - VİDEO

Mobil telefon, qulaqcıq, ağıllı saat, gizli kamera, hətta dodaq boyası... Bunlar şagirdlərin buraxılış imtahanlarına keçirmək istədiyi qadağan olunmuş əşyalardan bir neçəsidir.

Olaylar.az xəbər verir ki, DİM-nin təşkilati işlər təhlükəsizlik və koordinasiya sektorunun müdiri Məhəmməd Məmmədov "Xəzər Xəbər"ə bildirib ki, ali məktəblərə qəbul imtahanının birinci mərhələsi, həmçinin 11-ci sinifdə təhsil alan şagirdlərin buraxılış imtahanında iştirak edən 7 nəfər məhz belə əşyaları imtahan zalına daxil etmək istədikləri üçün prosesdən xaric olunublar.

Sektor müdiri onu da bildirdi ki, imtahan binası bir gün əvvəl detallı şəkildə yoxlanılır. İmtahanda isə şagirdlər əl ilə, həmçinin xüsusi qurğular vasitəsilə yoxlanılırlar.

DİM-in sektor müdiri növbəti imtahanlar üçün şagirdlərə çağırış da edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31